PUL
1. Alğı-satqı vaxtı qiymət ölçüsü kimi işlədilən metal və ya kağız parçası; bank bileti; ağca. Kağız pul. Xırda pul.
□ Pul çıxarmaq – pul əldə etmək, gəlir götürmək. Hər şeydən pul çıxarmaq.
Pul dartmaq (qoparmaq) – birisindən hər hansı bir yolla pul almaq və ya pul çəkməyə çalışmaq.
Pul eləmək – satıb pula çevirmək, əvəzində pul almaq.
Pul kəsmək – metal pul zərb etmək, kağız pul kəsmək.
Pul qoymaq – hər hansı bir məqsədlə çoxlu pul xərcləmək.
Pul tökmək – çoxlu pul xərcləmək, pul qoymaq.
Pul yemək – özünə tapşırılmış pulu mənimsəmək.
Pulunu cibinə qoymaq məc. – sataraq pul hasil etmək, nağd pula çevirmək.
2. Kapital, dövlət, sərvət.
3. Bəzən balıqların üzərindəki sədəf kimi parlaq pərəklər, pulcuqlar; ağca. Balığın pulunu təmizləmək.
◊ Pula dönmək – qıpqırmızı olmaq, bərk qızarmaq.
Pultək (kimi) qızarmaq (olmaq) – xəcalətdən, utanmaqdan üzü bərk qızarmaq, qıpqırmızı olmaq. Xəcalətindən pul kimi oldu.
Utandığındanmı, xəcalət çəkdiyindənmi başını yuxarı qaldıra bilmirdi.
PUL nədir? – PUL nedir? – PUL sözünün mənası – PUL sozunun menasi – PUL nə deməkdir? – PUL ne demekdir? – PUL sözünün izahı – PUL sozunun izahi – PUL sözünün istifadəsi – PUL sozunun istifadesi