sif. və
zərf [
fars. ] Təşviş içində, rahatsız, həyəcanlı, iztirablı, narahat.
Dəlilər, xanımlar Koroğludan çox nigaran idilər. “Koroğlu”.
[Soltan bəy:] Balam, o uşaqlar evdə tək qaldılar, nigarandırlar. Ü.Hacıbəyov.
[Mirzə Məmmədqulu:] Məşədi Qulamhüseyn, mən evdən çox nigaranam. C.Məmmədquluzadə.
□ Nigaran qalmaq – bir adamın və ya bir işin tərəfindən narahat olmaq, təşvişdə qalmaq.
[Qönçə:] Cavad, nə üçün nigaran qalırsan? Mənim üç gün burada qalmağımın nə zərəri var? B.Talıblı.
[Səməd kişi:] Ay Rüstəm, sən Allah, bircə evə xəbər ver ki, Şahmuradı şəhərə apardım, nigaran qalmasınlar… T.Ş.Simurq.
Nigaran qoymaq – təşvişə salmaq, rahatsız etmək, narahat etmək.
…Tapdıq öz dostunu heç vaxt nigaran qoymazdı. Ə.Əbülhəsən.
Bu cavab Salamı … daha da nigaran qoydu. Mir Cəlal.
Nigaran olmaq – bax nigaran qalmaq.
[Gülsüm xala:] …Canım sənə qurban, ay bala, bilmirsən nə qədər səndən nigaran olmuşam? E.Sultanov.
[Ataş] əmisindən nigaran olduğu kimi, əmisi oğlanlarından da çox incimişdi. Ə.Vəliyev.