NİFRƏT
1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi.
□ Nifrət etmək (bəsləmək) – zəhləsi getmək, iyrənmək, acığı gəlmək, görmək istəməmək, kin bəsləmək.
Nifrət yağdırmaq – acığını, qəzəbini, nifrətini bildirmək, kinli-kinli danışmaq.
2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir.
3. Nifrətlə şəklində zərf – nifrət hissi ilə, öz nifrətini bildirməklə, hiddətlə, son dərəcə narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək.
NİFRƏT nədir? – NİFRƏT nedir? – NİFRƏT sözünün mənası – NİFRƏT sozunun menasi – NİFRƏT nə deməkdir? – NİFRƏT ne demekdir? – NİFRƏT sözünün izahı – NİFRƏT sozunun izahi – NİFRƏT sözünün istifadəsi – NİFRƏT sozunun istifadesi