NƏTİCƏ
1. Bir işdən, hadisədən və s.-dən doğan, çıxan hər hansı başqa bir hadisə və ya vəziyyət, hal; son, aqibət. İşin nəticəsi. Təcrübənin nəticəsi.
□ Nəticə bağlamaq – bax nəticə vermək.
Nəticə çıxarmaq – müəyyən bir fikrə, qərara, nəticəyə gəlmək, ibrət dərsi almaq.
Nəticə vermək (çıxmaq, hasil olmaq) – bu və ya digər nəticəsi olmaq, bir şeylə bitmək, qurtarmaq.
Nəticəyə gəlmək – müəyyən bir qərara, qənaətə gəlmək.
// Nəticədə şəklində, zərf mənasında: axırda, sonda, nəhayətdə.
2. Bir əsərin, məqalənin və s.-nin əsas məzmununun, mahiyyətinin qısaca xülasəsi, yekunu. Kitab bir müqəddimə, beş fəsil və bir nəticədən ibarətdir.
NƏTİCƏ nədir? – NƏTİCƏ nedir? – NƏTİCƏ sözünün mənası – NƏTİCƏ sozunun menasi – NƏTİCƏ nə deməkdir? – NƏTİCƏ ne demekdir? – NƏTİCƏ sözünün izahı – NƏTİCƏ sozunun izahi – NƏTİCƏ sözünün istifadəsi – NƏTİCƏ sozunun istifadesi