MÖHKƏM
1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta.
// Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
2. Sağlam, davamlı, dözümlü, qüvvətli.
// Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək.
3. Səbatlı, mətin, dönməz, yenilməz.
// Mətanətli, iradəli. Möhkəm adam.
□ Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq.
// Sədaqətli, etibarlı, sadiq.
4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur.
// Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam.
// Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək.
// Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil.
6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi.
MÖHKƏM nədir? – MÖHKƏM nedir? – MÖHKƏM sözünün mənası – MÖHKƏM sozunun menasi – MÖHKƏM nə deməkdir? – MÖHKƏM ne demekdir? – MÖHKƏM sözünün izahı – MÖHKƏM sozunun izahi – MÖHKƏM sözünün istifadəsi – MÖHKƏM sozunun istifadesi