LƏKƏ
1. Ləkələyici bir şeyin səth üzərində buraxdığı iz. Qan ləkəsi. Yağ ləkəsi. Mürəkkəb ləkəsi. Paltarındakı ləkəni silmək.
□ Ləkə düşmək – bax ləkələnmək 1-ci mənada.
Ləkə salmaq – bax ləkələmək 1-ci mənada.
// Bədənin müxtəlif yerlərində hər hansı bir səbəbə görə əmələ gələn rəng dəyişikliyi. Üzünə ləkə düşmək. Əlinin üstündə ağ ləkələr var. Gözündə ləkə var.
2. məc. Adamı ləkələyən, rüsvay edən, alçaldan şey; rüsvayçılıq, biabırçılıq, şərəfsizlik.
□ (Üstünə) ləkə atmaq (vurmaq, yaxmaq) – birinin namusuna, şərəfinə toxunacaq söz demək, böhtan atmaq, biabır etmək, olmayan şeyi ona isnad etmək.
◊ Ağ ləkə – coğrafiya xəritəsində: öyrənilməmiş yer.
LƏKƏ nədir? – LƏKƏ nedir? – LƏKƏ sözünün mənası – LƏKƏ sozunun menasi – LƏKƏ nə deməkdir? – LƏKƏ ne demekdir? – LƏKƏ sözünün izahı – LƏKƏ sozunun izahi – LƏKƏ sözünün istifadəsi – LƏKƏ sozunun istifadesi