LAZIM
1. Mütləq gərək olan, onsuz keçinmək mümkün olmayan; gərəkli, lüzumlu, vacib, zəruri.
□ Lazım bilmək (görmək) – yerinə yetirilməsini vacib saymaq, zəruri bilmək.
Lazım gəlmək – vacib olmaq; zəruri olmaq, məcburi olmaq, ehtiyac olmaq.
Lazım olmaq – gərək olmaq, işə yaramaq.
2. Xəbər şəkilçisi ilə: lazımdır – gərəkdir, vacibdir, ehtiyac hiss olunur.
◊ Lazım şəkli qram. – felin iş və ya hərəkətin icra edilməsinin lazım olduğunu bildirən şəkli; məs.: başlanasıdır, qalasıyam, yazası imiş, gələsi idik və s.
LAZIM nədir? – LAZIM nedir? – LAZIM sözünün mənası – LAZIM sozunun menasi – LAZIM nə deməkdir? – LAZIM ne demekdir? – LAZIM sözünün izahı – LAZIM sozunun izahi – LAZIM sözünün istifadəsi – LAZIM sozunun istifadesi