BAXIŞ
1. Baxmaq tərzi, gözlərin ifadəsi; nəzər. Bu necə baxışdır? Acıqlı baxış. Xumar baxışlar.
□ Baxış atmaq – nəzər salmaq, baxmaq.
Baxış vermək – baxmaq, nəzər salmaq.
İlk baxışda – ilk təəssürata görə, ilk təsirə görə.
// Göz, nəzər.
2. məc. Görüş, fikir, mülahizə, nöqteyinəzər. İctimai-siyasi baxışlar. Meşşancasına baxış.
3. məc. İctimai yoxlama, təntənəli surətdə gözdən keçirmə, tanış olma. Bakı şəhərində tikiləcək binalar üçün hazırlanmış layihələrin ictimai baxışı və müzakirəsi təşkil edilmişdir.
BAXIŞ nədir? – BAXIŞ nedir? – BAXIŞ sözünün mənası – BAXIŞ sozunun menasi – BAXIŞ nə deməkdir? – BAXIŞ ne demekdir? – BAXIŞ sözünün izahı – BAXIŞ sozunun izahi – BAXIŞ sözünün istifadəsi – BAXIŞ sozunun istifadesi