QIRMIZI
1. Qan rəngli; al. Qırmızı boya. Qırmızı şərab.
2. məc. Gözəllik, parlaqlıq, aydınlıq, fərəh doğuran şey mənasında.
3. bax qızıl 3-cü mənada.
□ Qırmızı qvardiya – bax qvardiya.
// İs.
mənasında, yalnız cəm şəklində: qırmızılar tar. – inqilabçılar, kommunistlər, inqilabi qoşunlar.
4. məc. Nəzakətsizlik dərəcəsində açıq; açıq danışan, sözü üzə deyən.
// Tamamilə açıq, açıq-aydın, kobudcasına.
5. Bəzi mürəkkəb terminlərin birinci tərkib hissəsi; məs.: qırmızı turp, qırmızı üskükotu, qırmızı şüalar.
◊ Qırmızı ağac – qiymətli mebel və s. üçün istifadə edilən bəzi ağacların, xüsusilə tropik ağacların oduncağı. Qırmızı ağacdan qayrılmış mebel.
Qırmızı guşə – bax guşə.
Qırmızı lövhə – bax lövhə.
Qırmızı yumurta bayramı – bax qızıl.
QIRMIZI nədir? – QIRMIZI nedir? – QIRMIZI sözünün mənası – QIRMIZI sozunun menasi – QIRMIZI nə deməkdir? – QIRMIZI ne demekdir? – QIRMIZI sözünün izahı – QIRMIZI sozunun izahi – QIRMIZI sözünün istifadəsi – QIRMIZI sozunun istifadesi