QƏSD
1. Niyyət, məqsəd, məram.
// ilə qoşması, yaxud -lə şəkilçisi ilə – 1)
…məqsədi ilə,
…niyyəti ilə, …üçün.
2) qəsdən, müəyyən məqsədlə.
□ Qəsd etmək – 1) niyyətində tutmaq, fikrində tutmaq, nəzərində tutmaq;
2) niyyətində olduğu şeyi həyata keçirməyə təşəbbüs etmək.
2. bax qərəz1 2-ci mənada. Bu işdə heç bir qəsd olmamışdır.
3. Birini öldürmək, yaralamaq, yaxud zərər vermək üçün edilən təşəbbüs, görülən iş; sui-qəsd.
□ Qəsdinə durmaq (girmək) – birinin ölümünə, məhvinə, yaxud bədbəxtliyinə çalışmaq.
Canına (həyatına) qəsd etmək – birini öldürməyə təşəbbüs etmək;
// məc. mənada.
4. Qəsdindən şəklində – ürəyindən, qəlbindən, xəyalından, fikrindən.
◊ Şirin cana qəsd eləmək zar. – özünə əziyyət, əzab vermək (çox işləməklə, çalışmaqla və s. ilə). Gülxar Zal qızı, siz şirin cana qəsd eləmişsiniz.
QƏSD nədir? – QƏSD nedir? – QƏSD sözünün mənası – QƏSD sozunun menasi – QƏSD nə deməkdir? – QƏSD ne demekdir? – QƏSD sözünün izahı – QƏSD sozunun izahi – QƏSD sözünün istifadəsi – QƏSD sozunun istifadesi