QARIN
1. İnsan və heyvan bədəninin qara ciyər, mədə, bağırsaqlar, dalaq və s. orqanlar yerləşən hissəsi. Qarnı ağrımaq. Qarın boşluğu. Qarnı şişmək.
// dan. Mədə mənasında. Qarnı pozulmaq. – Qarın başa bəladır. ( Ata. sözü ).
□ Bir qarın çörəyə möhtac olmaq – çox böyük ehtiyac içində olmaq, səfalət, yoxsulluq içində yaşamaq.
Bir qarnı ac, bir qarnı tox – yarı tox, yarı ac, birtəhər.
Qarnı doymamaq – ac qalmaq, aclıq çəkmək, doyunca yeməmək.
Qarnını bərkitmək – doyunca yemək, yeyib doymaq.
Qarnını doyuzdurmaq – aclığını rəf etmək.
2. Ana bətni, uşaqlıq. Uşaq əksəriyyətlə ana qarnında doqquz ay qalır.
3. məc. İç, batin. Onun qarnındakını heç kim bilmir.
4. məc. Bir şeyin qarın kimi qabağa çıxmış hissəsi. Samovarın qarnı.
◊ Qarın (qarnını) otarmaq – onun-bunun qapısında yeyib qarnını doyurmaq, özgəsinin süfrəsini güdmək.
Qarın sallamaq – 1) kökəlmək, şişmanlaşmaq.
2) bax qarın vermək.
Qarın vermək (sallamaq) – əyilmək, ortası aşağıya tərəf meyil etmək; uçulmaq, qopub tökülmək üzrə olmaq. Evin divarı qarın veribdir.
Qarnı ağrımaq məc. – umacağı olmaq, bir şey təmənnasında olmaq, ürəyindən bir şey keçmək.
Qarnı burnunda – boylu, ikicanlı, hamilə; doqquz aylıq hamilə.
Qarnı qurdlu – qeyri-səmimi, qəlbiqara, ürəyindəkini gizləyən.
Qarnını tüstü ilə doldurmaq – güllə ilə vurmaq (vurub öldürmək).
QARIN nədir? – QARIN nedir? – QARIN sözünün mənası – QARIN sozunun menasi – QARIN nə deməkdir? – QARIN ne demekdir? – QARIN sözünün izahı – QARIN sozunun izahi – QARIN sözünün istifadəsi – QARIN sozunun istifadesi