AZAR
1. Xəstəlik, naxoşluq.
□ Azar gəzmək – yoluxma xəstəliyi düşmək, yayılmaq, sirayət etmək.
Azar tutmaq – azarlamaq, xəstəlik tutmaq, xəstələnmək.
Azara düşmək – xəstələnmək, naxoşlamaq.
Azara salmaq – birisini xəstələndirmək, azara düşməsinə səbəb olmaq.
Azardan qalxmaq – yenicə sağalmaq, xəstəlikdən durmaq.
Uzun azar dan. – vərəm.
2. Əziyyət, əzab.
□ Azar vermək (etmək) – incitmək, əziyyət vermək, narahat etmək.
Azarını çəkmək – başqasının əvəzində əziyyət çəkmək, zərər çəkmək.
3. məc. dan. Bəhanə, ürəyindən keçən arzu, məqsəd. Onun azarını mən yaxşı bilirəm.
// məc. Xasiyyət, təbiət, adət, təmayül. Dava eləmək onun azarıdır.
◊ Azarı qalxmaq (tutmaq) məc. – tərk etdiyi adətə təzədən başlamaq, təzədən pis işə başlamaq.
AZAR nədir? – AZAR nedir? – AZAR sözünün mənası – AZAR sozunun menasi – AZAR nə deməkdir? – AZAR ne demekdir? – AZAR sözünün izahı – AZAR sozunun izahi – AZAR sözünün istifadəsi – AZAR sozunun istifadesi