AYNA
1. Güzgü. Aynanın çatdığı calaq qəbul eləməz. ( Ata. sözü ).
[Həkim:] Mən ayna ilə üzbəüz oturmuşdum.
// məc. Bir şeyi özündə əks etdirən. Mətbuat həyatın aynasıdır.
2. Pəncərə, pəncərə şüşəsi. Ayna salmaq. Aynadan küçəyə baxmaq. Pəncərənin aynaları qırılıbdır.
3. məc. Saflıq, duruluq, parlaqlıq, şəffaflıq mənasında təşbih.
// Gözəllik, ağlıq mənasında təşbih.
◊ Aynası açıq dan. – 1) özünü bir qədər yaxşı hiss edən xəstə haqqında;
2) xoşrəftar, mehriban, üzügülər adam haqqında.
Aynası açılmaq – 1) ağır xəstəlikdən ayılmaq, əhvalı yaxşılaşmaq;
2) kefi açılmaq, ürəyi açılmaq.
AYNA nədir? – AYNA nedir? – AYNA sözünün mənası – AYNA sozunun menasi – AYNA nə deməkdir? – AYNA ne demekdir? – AYNA sözünün izahı – AYNA sozunun izahi – AYNA sözünün istifadəsi – AYNA sozunun istifadesi