AYLIQ
1. sif. Ayda bir dəfə olan, hər ay olan, bir ayda görülən, bir aya məxsus, ayda bir dəfə çıxan. Aylıq iş planı. Aylıq hesabat. Aylıq məcmuə.
2. sif. Bir ay müddəti, bir ay davam edən, bir ay tələb edən, bir ayda hasil olan (əmələ gələn). Aylıq gəlir. Aylıq məzuniyyət. Aylıq məhsul.
// Saylarla bərabər – bir, iki, üç … aylıq.
3. is. dan. Bir ayda alınan maaş, məvacib, zəhmət haqqı. Aylığımızı dünən almışıq. Aylığımız artmışdır. – Papaqçı dedi: – Bala, mənə şagird durarsanmı? Rəsul dedi: – Nə üçün durmaram.
4. is. Hər hansı bir işi, ictimai kampaniyanı keçirmək üçün bir aylıq müddət. Şəhəri yaşıllaşdırma aylığı.
5. Yaşı bir ay olan, 30 günlük. Aylıq uşaq. Aylıq quzu.
AYLIQ nədir? – AYLIQ nedir? – AYLIQ sözünün mənası – AYLIQ sozunun menasi – AYLIQ nə deməkdir? – AYLIQ ne demekdir? – AYLIQ sözünün izahı – AYLIQ sozunun izahi – AYLIQ sözünün istifadəsi – AYLIQ sozunun istifadesi