AY₂
1. Çağırış, müraciət, haylama, haraylama nidası.
2. Gözlənilməyən bir keyfiyyət, ya hadisə nəticəsində doğan hissi, qorxunu, diksinmə və s. hissləri ifadə edir. Ay, ilana bax! Ay, gələn odur! Ay, qorxdum ki! Ay, ürəyim qopdu!
// Kədər, təəssüf, mərhəmət, şəfqət kimi hissləri ifadə edir.
// Birdən ağrı tutduqda deyilir. Ay başım! Ay öldüm!
// Təəccüb, heyrət, heyranlıq ifadə edir. Ay, nə çoxdur! Ay, nə gözəldir!
// Təsiri gücləndirmək üçün deyilir (bəzən təkrar edilməklə: ay, ay, ay). Ay, ay, ay! Nə gözəl səs gəlir!
// Narazılıq, məmnunsuzluq və s. ifadə edən xitab bildirir.
[Zəhra:] Ay Kərim, çox öyünmə.
3. “A” yerində nida olaraq işlənir (bax A2). Ay uşaqlar, bir sakit olun! Ay yoldaş, səbr elə! Ay qız! Ay qoçaq!
AY₂ nədir? – AY₂ nedir? – AY₂ sözünün mənası – AY₂ sozunun menasi – AY₂ nə deməkdir? – AY₂ ne demekdir? – AY₂ sözünün izahı – AY₂ sozunun izahi – AY₂ sözünün istifadəsi – AY₂ sozunun istifadesi