KAMAL
1. Kamillik, yetkinlik.
2. Elm, ürfan, fəzilət.
□ Kamala çatmaq (yetmək, yetişmək) – yetkinləşmək, yetkinlik dövrünə çatmaq; kamilləşmək, təkmilləşmək.
// Nöqsansızlıq, mükəmməllik, tamamlıq, bitkinlik.
Kamala yetirmək – yetişdirmək, dərs vermək, yetkinləşdirmək.
3. Ağıl, zəka, dərrakə. Kamil insan kamalından bəlli olar. ( Ata. sözü ). Ələsgər söyləyə söz müxtəsərin; Ağlı kamil ola, kamalı dərin; Hamı bir ağızdan deyə “afərin!” Aşıq Ələsgər.
□ Kamal sahibi – ağıllı, dərrakəli (adam).
Kamalı (kamaldan) azmaq – ağlını itirmək, dəli olmaq.
// İnsan ömrünün yetkinlik dövrü.
4. İzafət tərkiblərində: qoşulduğu sözə bitkinlik, tamlıq, mükəmməllik mənası verir; məs.: kamali-ehtiramla (tam ehtiramla, artıq ehtiramla), kamali-ləzzətlə (böyük ləzzətlə), kamali-diqqətlə (tam diqqətlə, böyük diqqətlə).
◊ Kamal attestatı – tam orta məktəbi qurtarmaq haqqında attestat.
KAMAL nədir? – KAMAL nedir? – KAMAL sözünün mənası – KAMAL sozunun menasi – KAMAL nə deməkdir? – KAMAL ne demekdir? – KAMAL sözünün izahı – KAMAL sozunun izahi – KAMAL sözünün istifadəsi – KAMAL sozunun istifadesi