is. 1. Dost, yaxın, tanış, tanış-biliş, yoldaş.
Qəriblikdə yada düşər yanaram; Aşna, yoldaş, yar, müsahib, ellər, hey! M.V.Vidadi.
[Şəhrəbanı xanım:] Srağagün aşnası zərdablı Qurban bəyə kağız yazdı ki, Şamaxı çəngilərinin vədəsini alsın, toya göndərsin. M.F.Axundzadə.
Bir neçə il bundan əqdəm İrandan Tiflisə bir aşnam gəlmişdi. Ə.Haqverdiyev.
// Bəzən müraciət yolu ilə deyilir. Aşna, mən buna razı deyiləm.
Aşna, qorxdun ha! – [Tofiq:] …Aşna, öz aramızdır, yaxşı ovçusan. M.İbrahimov.
// Bəzən zarafat, istehza, kinayə ilə deyilir.
Bəyin fikrinə gəldi ki, aşnam məni əkmək istəyir. Mir Cəlal.
[Əhməd:] Özü də aşnamın bu saat işi, deyəsən, yaşdır. Ə.Əbülhəsən.
2. köhn. Qeyri-rəsmi arvad, yaxud kişi; oynaş.
[Hacının oğlu] arvadından savayı, bir rus qızı da aşnası var idi. Ə.Haqverdiyev.
Cəld qapını açan bu xanım indi aşnasının gəlişindən narazı kimi olmuşdu. M.Hüseyn.