AŞIRMAQ
1. Qaldırıb qoymaq, yükləmək. Yükü atın belinə aşırmaq. Yeşiyi dalına aşırmaq.
2. Üzərindən keçirmək, sallamaq.
3. Üzərindən atmaq.
4. Yıxmaq, döndərmək, çevirmək, devirmək, endirmək, düşürmək, salmaq. Arabaçı dərədə arabanı aşırdı. – Bir az keçmiş kolların arasından güllələr açıldı.
// Diyirlətmək.
5. Hündür bir yerin üstündən keçirmək.
6. Atlatmaq, keçirmək, yaxa qurtarmaq. Bu bəlanı da başımızdan aşırdıq.
7. məc. dan. Öldürmək, vurub öldürmək; vurmaq, vurub yıxmaq. Ovçular dünən üç canavar aşırdılar.
8. məc. Bir şeyi acgözlüklə və cəld yemək.
9. məc. dan. Birinin malını, pulunu və s.-ni mənimsəmək, yemək, udmaq, dağıtmaq, xərcləyib puç etmək.
10. məc. dan. Öhdəsindən gəlmək, həll etmək.
◊ Alığını aşırmaq – bax alıq.
Ayağını başından aşırmaq – bax ayaq.
AŞIRMAQ nədir? – AŞIRMAQ nedir? – AŞIRMAQ sözünün mənası – AŞIRMAQ sozunun menasi – AŞIRMAQ nə deməkdir? – AŞIRMAQ ne demekdir? – AŞIRMAQ sözünün izahı – AŞIRMAQ sozunun izahi – AŞIRMAQ sözünün istifadəsi – AŞIRMAQ sozunun istifadesi