İNCƏ
1. Zərif işlənmiş, nəfis, qəşəng. İncə qolbaq. İncə naxış.
// Nazik, zərif. İncə barmaqlar. Üzdə incə cizgilər. İncə qaşlar.
// Çox kiçik, çox xırda, zorla seçilən, fərqləndirilən. İncə fərq. Sözün incə məna çalarları. İncə təfərrüat.
2. məc. Mehriban, mülayim, həssas, riqqətli. İncə xasiyyət. İncə ürək. İncə ruh.
3. məc. Üstüörtülü, pərdəli, tez sezilməyən, gizli. İncə mətləb. İncə istehza.
4. məc. Ən incəlikləri duyan, qavrayan, dərk edən, dəqiq. İncə ağıl. İncə zehin.
İNCƏ nədir? – İNCƏ nedir? – İNCƏ sözünün mənası – İNCƏ sozunun menasi – İNCƏ nə deməkdir? – İNCƏ ne demekdir? – İNCƏ sözünün izahı – İNCƏ sozunun izahi – İNCƏ sözünün istifadəsi – İNCƏ sozunun istifadesi