XORUZ
1. Toyuğun erkəyi.
// Toyuq cinsindən bəzi quşların erkəyi. Qırqovul xoruzu.
2. məc. dan. Dalaşqan, davakar, savaşqan adam haqqında.
□ Xoruz kimi – 1) sifəti qıpqırmızı, sağlam adam haqqında. Xoruz kimidir;
2) davakar, dalaşqan, döyüşkən (adam).
◊ Xoruz banı – sübh tezdən, alaqaranlıq. Üçüncü xoruz banı gecədən xeyli keçdiyini xəbər verdi.
Xoruz banına kimi (qədər) – səhərə kimi, işıqlaşana qədər.
Xoruz səsi eşitməmiş (eşitməyən) – heç kəsin bilmədiyi, eşitmədiyi, görmədiyi, təptəzə. Sən özün bilirsən ki, mən həmişə elə söz deyirəm ki, qəribə olsun, təzə olsun, heç kəsin eşitmədiyi, bilmədiyi, danışmadığı olsun.
”.
Xoruza yükləmək, xoruza yük eləmək – var-yoxunu əlindən almaq, müflis eləmək, soymaq.
Xoruzu qoltuğuna verilmək – qovulmaq, işdən qovulmaq.
Xoruzun quyruğu görünür – aşkar olur, üstü açılır, görünür (gizli saxlanılmalı olan şey haqqında).
Xoruzunu qoltuğuna vermək – qovmaq, işdən qovmaq.
XORUZ nədir? – XORUZ nedir? – XORUZ sözünün mənası – XORUZ sozunun menasi – XORUZ nə deməkdir? – XORUZ ne demekdir? – XORUZ sözünün izahı – XORUZ sozunun izahi – XORUZ sözünün istifadəsi – XORUZ sozunun istifadesi