HÖKM
1. Əmr, buyruq, sərəncam.
□ Hökm çıxmaq – əmr gəlmək, göstəriş verilmək.
Hökm etmək (eləmək) – 1) əmr etmək, buyurmaq, sərəncam vermək.
Mən aşıq dara çəkər; Zülfünü dara çəkər; Şahın qəzəbi tutsa; Hökm elər, dara çəkər. (Bayatı);
2) məc. ağalıq etmək, hökmranlıq etmək, hökm sürmək.
Hökm sürmək – bax hökm etmək 2-ci mənada.
2. İşə baxdıqdan sonra məhkəmənin çıxardığı qərar. Məhkəmənin hökmü. Hakim hökmü elan etdi.
□ Hökm vermək – işə baxdıqdan sonra məhkəmədə qərar çıxarmaq.
// məc. Güc, qüvvə, təsir. Yayın hökmü keçdi.
◊ Hökmdən düşmək hüq. – öz qüvvəsini itirmək, əhəmiyyətini itirmək, nüfuzunu itirmək. Köhnə qərar hökmdən düşdü.
Hökmü keçmək – 1) hökmü, qüvvəsi, nüfuzu, təsiri olmaq, əmri, göstərişi yerinə yetirilmək;
2) bax hökmdən düşmək.
HÖKM nədir? – HÖKM nedir? – HÖKM sözünün mənası – HÖKM sozunun menasi – HÖKM nə deməkdir? – HÖKM ne demekdir? – HÖKM sözünün izahı – HÖKM sozunun izahi – HÖKM sözünün istifadəsi – HÖKM sozunun istifadesi