HİSSƏ
1. Tamın bölündüyü parçalardan hər biri; qisim. Binanın bir hissəsi. Çayın aşağı hissəsi.
// Bölünən bir şeydən hərəyə düşən pay. Hərə öz hissəsini götürdü. Onun hissəsini ayırıb verin.
2. Vahid, tam bir sistemin (orqanizmin, mexanizmin və s.) tərkib elementlərini təşkil edən şeylərdən hər biri. Ehtiyat hissələri. Maşın hissələri.
// Hər hansı əsərin üzvi parçası, qismi, fəsli. Romandan bir hissə. Sonatanın son hissəsi.
3. Əlahiddə qoşun vahidi. Aviasiya hissəsi. Tank hissəsi. Hissə komandiri.
hissə-hissə sif. və zərf Tam, bütöv halda deyil, hissələrə ayrılmış halda; hissələrlə, tikə-tikə. Tarlanı hissə-hissə şumlamaq. Romanı hissə-hissə çap etmək.
HİSSƏ nədir? – HİSSƏ nedir? – HİSSƏ sözünün mənası – HİSSƏ sozunun menasi – HİSSƏ nə deməkdir? – HİSSƏ ne demekdir? – HİSSƏ sözünün izahı – HİSSƏ sozunun izahi – HİSSƏ sözünün istifadəsi – HİSSƏ sozunun istifadesi