GÖZ
1. İnsan və heyvanda görmə orqanı. Qara gözlər. Ala gözlər. İri göz.
□ Göz ağı anat. – gözün ağ rəngli qabarıq qeyri-şəffaf qişası.
Göz alması anat. – gözün, göz ağı və göz qarasının da daxil olduğu şarşəkilli hissəsi.
Göz qapağı – bax qapaq 2-ci mənada.
Göz qarası (bəbəyi) – bax bəbək 1-ci mənada.
Göz yuvası anat. – kəllənin üz hissəsində göz almasının yerləşdiyi batıq; göz çuxuru.
// Gözüm şəklində – əzizləmə, nəvaziş, oxşama, mehribanlıqla müraciət.
2. Görmə qabiliyyəti, görmə. İti göz. Gözü zəifləmək.
3. Gözümdə (gözündə) şəklində – nəzərimdə (nəzərində), mənə görə (ona görə), mənim fikrimcə (onun fikrincə). Mənim gözümdə o heç bir şeydir. Sənin gözündə o, böyük adamdır.
4. Nəzarət, baxım. Uşağın üstündə göz lazımdır.
5. Xırda dəlik, deşik. Aşsüzənin gözləri. İynənin gözü.
6. Bulağın başladığı yer, suyun çıxdığı yer; qaynaq, mənbə. Bulağın gözü tutulub.
7. Kiçik pəncərə (kassada, poçtda və s.-də).
// Keçmək üçün hasarda, divarda açılmış dəlik. Hasardan qonşu bağa göz açmaq.
8. Yaranın, şişin irin axan yeri. Çibanın iki gözü vardır. Yaranın gözü açıldı.
9. Hissələrə ayrılmış bir şeyin ayrı-ayrı bölmələri. Portfelin kiçik gözü. Şkafın üst gözü. Xurcunun gözləri.
10. Qoşa və ya üçlülə tüfəngin lülələrindən hər biri.
11. Tərəzi qablarından hər biri.
12. Adətən saylara qoşularaq, evdə, mənzildə neçə otaq, ya pəncərə olduğunu göstərir. Üç göz ev. İki göz pəncərə.
13. məc. Alov mənasında. Lampanın gözünü çəkmək.
14. Körpünün bir özülündən o biri özülünə qədər olan hissəsi, bölməsi. Körpünün üç gözü var.
◊ Göz aça bilməmək – fürsət, vaxt tapa bilməmək. İşin çoxluğundan göz aça bilmirəm.
Göz (gözlərini) açan gündən (açandan) – 1) lap körpəlikdən;
2) başa düşəndən bəri, dərk etdiyi vaxtdan.
Göz açıb yuman saatda – bir an içində, tez, əlüstü, o saat.
Göz açıb yumunca – bir anda, bir an içində. Göz açıb yumunca işini qurtardı.
Göz açmaq – 1) dünyaya gəlmək, doğulmaq.
2) macal tapmaq, imkan əldə etmək, vaxt tapmaq. Göz açmağa macalım yoxdur.
Göz açmamaq – macalı, vaxtı, imkanı olmamaq.
Göz ağartmaq – qorxuducu nəzərlə, hədələyici tərzdə baxmaq.
Göz ağartması vermək – bax göz ağartmaq.
Göz altından (altınca) baxmaq (süzmək) – başqalarına sezdirmədən, gizlicə baxmaq (süzmək).
Göz atmaq – gözlə işarə eləmək.
Göz bəbəyi məc. – əziz və sevgili sayılan. Onun göz bəbəyi bir oğlu var.
Göz bəbəyi kimi qorumaq (saxlamaq) – böyük diqqətlə qoruyub mühafizə etmək, qayğısını çəkmək. Milli musiqi alətlərimizi göz bəbəyi kimi qorumalıyıq.
Göz böyümək – qorxu, dəhşət bürümək, vahimə basmaq.
Göz bulağı – bax bulaq.
Göz çəkmək (yığmaq) – bax əl çəkmək 3-cü mənada. [Pəri Əbdülə:] [Puldan] göz çək. Göz çıxarmaq – bax gözünü çıxartmaq 2-cimənada.
Göz dağı çəkmək – dərdə salmaq, qüssə vermək, ağır zərbə vurmaq. Oğlunu öldürüb anasına göz dağı çəkmək.
Göz dəymək – mövhumata görə baxışından ziyan, zərər çəkmək. Uşağa göz dəyib.
Göz dəyməsin! – gözdəymənin qarşısını almaq üçün işlədilən ifadə.
Göz dikmək – 1) bir şeyi ələ keçirmək arzusunda olmaq, sahib olmağa çalışmaq.
2) bel bağlamaq, ümid olmaq, arxayın olmaq. Ata malına göz dikən malsız-davarsız qalar. ( Ata. sözü ).
3) nəzər yetirmək, baxmaq.
Göz dolandırmaq – ətrafına baxmaq. Kərəm göz dolandırıb gördü ki, ovçular iki quzusu olan bir ceyranı vurublar. “Əsli və Kərəm”.
Göz dolusu – fərəhlə, ürəklə, razı halda, şad. Göz dolusu evini süzdü.
Göz doymamaq – bax gözü doymamaq.
Göz etmək (eləmək) – gözlə işarə eləmək.
Göz gəzdirmək – hər tərəfə baxmaq, başdan-ayağa süzmək, nəzər salmaq. Otağa göz gəzdirmək. Məclisə göz gəzdirmək.
Göz görə (görə-görə) – açıq, aşkar, bəlli, gözlə görüldüyü halda. Göz görəgörə oğurluq etmək.
Göz götürmək (çəkmək) – baxmamaq, əl çəkmək.
Göz götürüb baxmaq – başını qaldırıb baxmaq, nəzər salmaq.
Göz gözə baxmaq – üzbəüz oturmaq, bir-birinin üzünə, gözünə baxmaq.
Göz gözə gəlmək – baxışları qarşılaşmaq, bir-birinə baxmaq.
Göz gözü görməmək – çox qaranlıq, zülmət olmaq, heç bir şey seçilməmək.
Göz işlədikcə – gözlə görülə bilən qədər, gözün görə bildiyi qədər (adətən çox geniş sahə haqqında). Göz işlədikcə tarlalar uzanırdı.
Göz kəsilmək – bütün diqqətilə baxmaq.
Göz kəsməmək – diqqətlə baxmaq, nəzərini çəkməmək, daim baxmaq.
Göz (gözü, gözləri) qabağına gətirmək – xəyalında canlandırmaq, təsəvvürünə gətirmək, yada salmaq. Keçmiş günlərini göz qabağına gətirdi.
Göz qabağına qoymaq – bir şeyi tez gözə dəyən, asanlıqla tapılan yerdə saxlamaq. Kitabları göz qabağına qoymaq.
Göz qabağında (qarşısında) – üzdə, ortada, meydanda. Nöqsanlar göz qabağındadır. – Gələcək qəsəbənin küçələri də artıq göz qabağında idi. Nəticə göz qabağındadır.
Göz qamaşdırmaq – 1) gözlərini kütləşdirmək (parıltı). Üzüyün qaşı göz qamaşdırır;
2) məc. çox güclü təsir etmək.
3) heyran etmək. Qızın gözəlliyi göz qamaşdırır.
Göz-qaş (gözlə-qaş) arasında – tez, bir anda. Göz-qaş arasında yox oldu.
Göz qıcırtmaq – bax diş qıcamaq (“diş”də).
Göz qırpımında – bax göz açıb yumunca (bəzən “bir” sözü ilə bərabər işlənir). Göz qırpımında hər şeyi ayırd etmək.
Göz qırpmaq – 1) gözünü tez yumub açmaq;
2) məc. sayrışmaq, yanıb sönmək.
Göz qoymaq (yetirmək) – 1) hiss etdirmədən diqqətlə baxmaq, fikir vermək, müşahidə etmək.
Mən oğurluqca ona göz qoyurdum. Mir Cəlal;
2) nəzarət etmək, baxmaq.
Göz-qulaq olmaq – ciddi nəzarət etmək, baxmaq.
Göz oxşamaq – ürəyə yatmaq, gözə xoş gəlmək, ürək açmaq.
Göz olmaq – 1) pusmaq, güdmək, nəzarət etmək. Dustağa göz olmaq.
2) muğayat olmaq, himayə etmək, göz qoymaq, nəzarət etmək.
Göz önünə gətirmək – yadına salmaq, xatirinə gətirmək, təsəvvüründə canlandırmaq, xatırlamaq.
Göz önünə qoymaq – bax göz qabağına qoymaq.
Göz salmaq – bax gözü düşmək.
Göz ucu ilə (ucuyla) baxmaq – ötəri baxmaq. [Durna:] And içirəm o görünməz Tanrıya ki, heç bir zaman mənim [Əsəd bəyə] göz ucuyla baxdığım da olmamış(dır). Göz (gözüm) üstə! – bax Baş üstə! (“baş”da).
Göz üstə (üstündə) yerin(iz) var – əziz, hörmətli adamı nəzakətlə dəvət məqamında söylənir. Buyurun evimizə, göz üstə yeriniz vardır.
Göz verib işıq verməmək – daim sıxışdırmaq, narahat etmək, incitmək, təzyiq altda saxlamaq.
[Məsmə:] Mən nə etməli idim.
Göz vurmaq (basmaq, etmək, çalmaq) – işarə etmək üçün gözünün birini qırpmaq.
Göz yaşı – damla, qətrə halında gözdən axan su.
Göz yaşı kimi (təki) – saf, təmiz, dumduru.
Göz yaşı tökmək (axıtmaq) – ağlamaq.
Göz yetirmək – baxmaq, nəzər salmaq, diqqət etmək, göz gəzdirmək.
Göz yummaq – 1) əhəmiyyət verməmək, fikir verməmək.
2) əl çəkmək, etinasız olmaq.
Göz yumub açınca (açana qədər) – bax göz açıb yuman saatda.
Gözdə-qulaqda olmaq – bax göz-qulaq olmaq. …Özün isə gözdə-qulaqda ol.
Gözdə olmaq – diqqət mərkəzində olmaq, hamının diqqətini cəlb etmək.
Gözdən buraxmaq (qaçırmaq) – görməmək, diqqətli olmamaq.
Gözdən çəkilməmək – daim ortada gəzmək, göz qabağında olmaq.
Gözdən düşmək – əvvəlki hörmətini itirmək, etibardan düşmək, daha sayılmamaq.
Gözdən eləmək – gözünü şikəst etmək, kor etmək, işığa həsrət qoymaq. Çox ağlamaq ananı gözdən elədi.
Gözdən iti – görmə qabiliyyəti yaxşı olan, itigözlü.
Gözdən itmək – görünməz olmaq, görünməmək, yox olmaq, tez çıxıb getmək.
Gözdən keçirmək – 1) ötəri baxmaq, nəzər salmaq.
2) baxmaq, nəzər atmaq, fikir vermək. Sinfi gözdən keçirmək. Ətrafı gözdən keçirmək.
3) yoxlamaq. Kağızları gözdən keçirmək. Biletləri gözdən keçirmək.
Gözdən kənara buraxmamaq – bax gözdən qoymamaq.
Gözdən qaçmaq – görünməmək, diqqətdən kənarda qalmaq.
Gözdən qoymamaq – birinin bütün hərəkətlərinə fikir vermək, diqqət yetirmək, təqib etmək, nəzarət altında saxlamaq, izləmək. Uşağın hərəkətlərini gözdən qoymamaq.
Gözdən (gözlərdən) olmaq – kor olmaq.
Gözdən pərdə (əsgi) asmaq – aldatmaq; həqiqəti gizlədib yalan danışmaq, kələk işlətmək, nöqsanların üstünü örtmək. [Nəsib dayı:] Görürəm səninlə danışmaq çox çətindir, Kosaoğlu.
Gözdən salmaq – 1) etina etməmək, unutmaq, yaddan çıxartmaq.
2) uzaqlaşdırmaq, kənar etmək.
B – bir işi çox cəld və məharətlə görmək.
Gözdən uzaq (iraq)! – qorxu, vahimə, xof və s. qarşısında işlədilən ifadə.
Gözdən uzaq (iraq) olmaq (düşmək) – bir-birindən ayrı düşmək, aralı yaşamaq, uzaqda olmaq, qürbətə düşmək.
Gözdən yayınmaq – qaçıb gizlənmək, qaçmaq, əkilmək, gözə görünməmək.
Gözə batmaq – bax gözə girmək. [Altunbay:] [Qullar] ox kimi gözə batırlar. Gözə dəymək (çarpmaq) – görünmək, görsənmək, diqqəti cəlb etmək.
Gözə (gözlərə) fərəh vermək – sevindirmək, ürək açmaq, könlü xoş etmək. Gözəl mənzərə gözə fərəh verir.
Gözə gəlmək – 1) bax gözə görsənmək (görünmək).
2) vecinə gəlməmək, saymamaq;
3) bax göz dəymək.
Gözə gətirmək – mövhumi təsəvvürə görə guya baxışı ilə ziyan vurmaq, bəlaya salmaq. Uşağı gözə gətirmək. Mal-qaranı gözə gətirmək.
Gözə girmək – diqqəti özünə cəlb etməyə çalışmaq, həmişə göz qarşısında olmağa çalışmaq, özünü gözə soxmaq, özünü göstərmək.
Gözə görünmək (görsənmək, çarpmaq) – nəzərə çarpmaq, diqqəti cəlb etmək.
Gözə xoş görünmək (gəlmək) – xoşa gəlmək, bəyənilmək, xoşlanmaq.
Gözə kül (torpaq) atmaq (səpmək, üfürmək) – aldatmaq, kələk gəlmək, hiylə işlətmək.
Gözə sataşmaq – bax gözə dəymək.
Gözə soxmaq – diqqət mərkəzində qoymaq, diqqəti cəlb etmək, nəzəri cəlb etmək. İşini gözə soxmaq. – [Surxay Dövlət bəyə:] Zavod və milyonlarınızı da çox gözümə soxmayın. [
Gözə torpaq tullamaq – bax gözdən pərdə (əsgi) asmaq.
Gözləri açıla qalmaq – heyran olmaq, heyrətdə qalmaq. Qızın gözəlliyi qarşısında gözləri açıla qaldı.
Gözləri alacalanmaq – təəccüb, qorxu nəticəsində gözləri irilənmək, iri açılmaq.
Gözləri batmaq – bax gözləri çuxura düşmək.
// zəifləmək, taqətdən düşmək.
Gözləri böyümək – təəccübdən, heyrətdən, qorxudan gözlərini iri açmaq.
Gözləri hədəqəsindən çıxmaq – bax gözü (gözləri) kəlləsinə çıxmaq.
Gözləri ilə süzmək – başdan-ayağa baxmaq, tamam nəzərdən keçirmək.
Gözləri işıqlanmaq – bax gözləri parıldamaq.
Gözləri qan çanağına dönmək – gözlərinin içi qanla dolmaq, bərk qızarmaq. Ömər koxanın üzü tunc kimi bozardı.
Gözləri quyuya düşmək – çox arıqlamaq, gözləri batmaq, çökəyə düşmək.
Gözləri parıldamaq – üzündə sevinc görsənmək, fərəh içərisində olmaq.
Gözləri süzülmək – göz qapaqları xəfif-xəfif qapanmağa başlamaq, yuxu basmaq.
Gözlərindən yuxu tökülmək – bərk yuxusu gəlmək, şiddətli şəkildə yuxulamaq istəmək.
Gözlərinə qaranlıq çökmək, gözlərinin qabağı qaralmaq – bax gözü (gözləri) qaralmaq.
Gözlərini açmaq – 1) oyanmaq.
2) ayıltmaq, başa salmaq, oyandırmaq.
3) başa düşmək, dərk etmək, ayılmaq.
Gözlərini ağzına dikmək – diqqətlə birinə qulaq asmaq, yaxud birinin nə deyəcəyini səbirsizliklə, diqqətlə gözləmək. Hamı gözlərini sədrin ağzına dikmişdi.
Gözlərini dolandırmaq – ətrafa göz gəzdirmək, dörd tərəfini seyr etmək.
Gözlərini dörd açmaq – həddindən artıq diqqətli olmaq, çox fikir vermək.
Gözlərini oxşamaq – xoşlamaq, bəyənmək, gözünə xoş gəlmək.
Gözlərini sıxmaq – bax gözünün qorasını sıxmaq.
Gözlərini süzmək – 1) göz qapaqlarını birbirinə yaxınlaşdıraraq heyran-heyran baxmaq.
[Müəllim:] [Tələbə] mənim suallarıma cavab verəndə başını aşağı əyir, gözlərini süzür və ancaq: – Nə? – deyirdi. Qantəmir;
2) nazlanmaq, naz-qəmzə etmək.
Gözlərinin ağı saralmaq – xəstələnmək, azarlamaq.
Gözlərinin içi gülmək – çox sevindiyi üzündəngözündən bilinmək.
Gözü ac olmaq – tamahkar olmaq, heç şeydən gözü doymamaq, daim gözü bir şeydə olmaq.
Gözü (gözləri) açılmaq – dərk etməyə başlamaq, ayılmaq, qəflət yuxusundan oyanmaq, fəaliyyətə, hərəkətə gəlmək, yaxşı-yamanı seçmək.
Gözü (gözləri) ağara qalmaq – təəccübdən, qorxudan gözləri irilənmək, iri açılmaq, gözləri bərəlmək.
Gözü (gözləri) ağarmaq – 1) gözü pərdə basıb kor olmaq, görməmək;
2) bir işi sona çatdırınca böyük əzab çəkmək, əziyyətə qatlaşmaq.
Gözü ağrımaq – məc. incimək, xoşu gəlməmək, zəhləsi getmək. Onu görəndə gözüm ağrıyır.
Gözü (gözləri) axmaq – gözü (gözləri) yumulmaq, örtülmək.
Gözü almaq – 1) öyrəşmək, bələd olmaq, alışmaq.
2) dan. qalib gələcəyinə inamı olmaq, özünə arxayın olmaq. Səni gözüm alıb, oyunu udacağam;
3) müxtəlif şeylərin içərisindən birini bəyənib, xoşlayıb seçmək. Güllü parçanı gözüm aldı.
…gözündə qalmaq – etdiyi arzu, xoş niyyət yerinə yetməmək, kamına çatmamaq. Muradı gözündə qalmaq.
…gözündə qoymaq – arzusunu, niyyətini yerinə yetirməmək, şad etməmək, sevindirməmək. Oğul anasının arzusunu gözündə qoydu.
Gözü (gözləri) ayağının altını görməmək – qürrələnmək, qudurmaq, heç kəsi saymamaq.
Gözü bağlanmaq (örtülmək) – heç bir şeyi görməmək, başa düşməmək, fərqinə varmamaq, anlamamaq.
Gözü (gözləri) böyümək – təəccüb etmək, heyrətlənmək.
Gözü çıxmış, gözün çıxsın! (tökülsün) – “kor olasan”, “görməyəsən” mənasında qarğış ifadəsi.
Gözü (gözləri) dikilmək (dikilib qalmaq) – birinə baxıb durmaq, gözünü ayırmamaq, baxa-baxa qalmaq. Yuxusu da gecələr uçub ərşə çəkildi; Sübhə qədər gözləri şam çırağa dikildi.
Gözü (gözləri) dolmaq (doluxsunmaq) – ağlamaq dərəcəsinə gəlmək, gözləri yaşla dolmaq.
Gözü doymamaq – 1) həris olmaq, tamahkarlıq eləmək, hər şeydə gözü qalmaq.
Ələsgər heç çıxmaz qəm libasından; Gözü doymaz gözün təmənnasından. Aşıq Ələsgər;
2) acgözlük eləmək, gözü yemək dalınca qalmaq. Acın qarnı doyar, gözü doymaz. ( Ata. sözü );
3) arzusuna, məramına axıra qədər çatmamaq.
Gözü (gözləri) dörd olmaq – diqqətlə baxmaq, nəzərdən keçirmək. Üzüyümü itirmişəm, gözüm dörd olub.
Gözü dumanlanmaq – hirsindən, qəzəbindən gözü heç bir şey görməmək.
QUOTE Vahabzadə @@@. @@@ Gözü düşmək – 1) görüb aşiq olmaq, vurulmaq, sevmək.
2) birdən görmək, gözünə dəymək, gözü sataşmaq. Qonşu otağa gözüm düşdü.
Gözü gəzmək – 1) axtarmaq;
2) hər tərəfə baxmaq, hər yeri nəzərdən keçirmək.
Gözü götürməmək – birinə darılmaq, paxıllıq etmək, qibtə etmək. [Səməd bəy:] Rejissorun Oqtayı gözü götürmür, gəlib ona rəqib olacağından qorxur. Gözü gözündən uzaq – ayrı düşmüş, aralı.
Gözü (gözləri) gülmək – fərəh içərisində olmaq, məmnunluq, sevinc izhar etmək, şad olmaq.
Gözü (gözləri) heç bir şey görməmək – hissə qapılıb hər şeyi unutmaq, heç bir şey gözündə olmamaq.
Gözü ilə görən – şahid.
Gözü ilə görmək – bir işin, hadisənin şahidi olmaq.
Gözü ilə (də) görmək istəməmək – zəhləsi getmək, heç üzünə baxmaq istəməmək.
Gözü ilə yemək – bütün diqqəti ilə baxmaq, dik-dik baxmaq.
Gözü işləməmək – görməmək, gözü zəifləşmək. [Kərəm:] Qocalıbsan, daha gözün işləmir. “Əsli və Kərəm”.
Gözü (gözləri) kəlləsinə çıxmaq – bərk hirslənmək, qəzəblənmək;
2) həddindən artıq təəccüblənmək, heyrətlənmək.
Gözü kimi – çox əziz, çox qiymətli.
Gözü-könlü açılmaq – şadlanmaq, sevinmək, ürəyi açılmaq, könlü açılmaq, fərəhlənmək. Gəzməyə çıx, gözün-könlün açılsın.
Gözü (gözləri) qabağında (qarşısında, önündə) durmaq (olmaq, dikəlmək, canlanmaq) – xatirindən çıxmamaq, həmişə yadında olmaq.
QUOTE Vahabzadə @@@. @@@ Gözü qalmaq – 1) gördüyü bir şeyin həsrətində olmaq, həsrətini çəkmək, əldə etmək arzusunda olmaq. Paltoluq parçada gözüm qaldı. – Gözüm qaldı kirpiyində, qaşında; Qul et, durum qolubağlı qarşında. Aşıq Ələsgər;
2) baxa-baxa durmaq, gözünü çəkməmək, nəzərini ayırmamaq, bir şeyin xoş təsirindən qurtara bilməmək. Gözü qızın üzündə qalıb.
Gözü (gözləri) qamaşmaq – parıltıdan, şəfəqdən bir şeyə baxa bilməmək. Brilyantlar gözü qamaşdırır.
QUOTE Vahabzadə @@@. @@@ Gözü (gözləri) qaralmaq – 1) halı pisləşmək, başı fırlanmaq, bayğınlıq halına gəlmək.
2) dəhşətə gəlmək, qorxmaq.
Gözü qayıtmamaq – bax gözü doymamaq.
Gözü qızmaq (qızarmaq) – hirsindən, qəzəbindən heç kəsi gözü görməmək, bərk coşmaq, həddindən artıq qızışmaq.
Gözü qorxmaq – acı təcrübədən sonra ehtiyatla hərəkət etmək, bir zərər, bədbəxtlik ola biləcəyini yadda saxlamaq. Gözüm qorxub, dənizdə çimə bilmərəm.
Gözü (gözün) olmaq – muğayat olmaq, qorumaq, nəzarət etmək.
Gözü (gözləri) önünə (qabağına) gəlmək – təsəvvüründə canlanmaq, yadına düşmək.
Gözü örtülmək – ətrafındakı hadisələri dərk edə bilməmək, anlamamaq, qəflətdə olmaq, bəsirətini itirmək.
Gözü (gözləri) pərdələnmək – bax gözü (gözləri) qızmaq.
Gözü (gözləri) pər-pər çalmaq – bax gözləri parıldamaq.
Gözü (gözləri) sataşmaq (ilişmək) – birdən görmək.
Gözü seçməmək – zəif görmək, çətinliklə ayırd etmək, yaxşı görməmək, görə bilməmək.
Gözü su içməmək – inanmamaq, etibar etməmək, şübhə etmək.
Gözü (gözləri) süzülmək – 1) göz qapaqları qapanmağa başlamaq, yuxusu gəlmək.
2) xumarlanmaq, gözləri yarıqapalı bir vəziyyətə gəlmək.
Gözü tox olmaq – heç bir şeydə gözü olmamaq, nəfsi az olmaq.
Gözü tutmaq – xoşlamaq, bəyənmək, sevmək, aşiq olmaq. [Səriyyə:] Mənim ürəyim [Rüstəmi] sevir, mənim gözüm onu tutub, mən ona aşiqəm…
…gözü uçmaq – birini görməyə çox can atmaq, şiddətli arzu hiss etmək (bəzən də bu ifadə istehza kimi “şəni görməyə çox gözüm uçurdu” şəklində işlənir).
Gözü üstündə olmaq – daim nəzarət etmək, himayə etmək, qayğısına qalmaq.
Gözü (gözləri) yaşarmaq (yaşla dolmaq) – ağlamağa başlamaq.
Gözü (gözləri) yol çəkmək – 1) gözləri bir nöqtəyə zillənib qalmaq;
2) gözü yolda olmaq, gözləmək.
Gözü (gözləri) yolda (yollarda) qalmaq – sevilən, əzizlənən bir adamın yolunu gözləmək, intizarında qalmaq.
Gözü (gözləri) yollara baxmaq – bax gözü (gözləri) yolda qalmaq.
Gözü (gözləri) yumulmaq – yatmaq istəmək.
Gözümün (gözünün) işığı (nuru) – sevgi, riqqət, əzizləmə ifadəsi.
Gözün (gözlərin) aydın (olsun)! – gözaydınlığı, təbrik ifadəsi.
Gözündə canlanmaq – xatirinə gəlmək, yadına düşmək. Keçmiş günlər gözümdə canlanır.
Gözündə qaldırmaq – etibarını daha da artırmaq, hörmətini daha da çoxaltmaq.
…gözündə böyümək, yüksəlmək – hörməti artmaq, dərəcəsi yüksəlmək, qiymətlənmək, etibar qazanmaq.
Gözündə olmamaq – müəyyən səbəblərə görə ürək sıxıntısı, rahatsızlıq duymaq, gözündən düşmək (adətən “gözümdə deyil” şəklində işlənir). Ev-eşik gözümdə deyil.
Gözündən batmaq – 1) qurumaq, su çıxmamaq (çeşmə və s. haqqında). Bulaq gözündən batıb;
2) məhv olmaq, bərbad olmaq, heç-puç olmaq. İşlərim gözündən batdı.
Gözündən gəlsin! – nankor adama qarğış ifadəsi.
Gözündən itmək – heç bir şey görməmək, hiss etməmək.
Gözündən kənara qoymamaq – öz yanında saxlamaq, daim nəzarəti altında saxlamaq.
Gözündən qaçmamaq – hər şeyi görmək, duymaq, hər işə fikir verib bilmək, diqqətli olmaq. Gözündən heç nə qaçmır.
Gözündən od tökmək – yanıqlı-yanıqlı ağlamaq.
Gözündən od tökülmək – 1) zirək, diribaş adam haqqında;
2) bərk hirsli olmaq, üz-gözündən qəzəb yağmaq. Məmmədhüseyn əhvalatı eşitmişdi.
Gözündən (gözündə, gözlərindən) oxumaq – gözlərinin ifadəsindən bilmək, sezmək. Ürəyindən keçənləri gözlərindən oxumaq.
Gözündən tökmək – nəşəsini pozmaq, zövqünü korlamaq, haram eləmək, burnundan tökmək.
Gözündən tük də yayınmaz – son dərəcə ayıqsayıq adam haqqında.
Gözündən uzaqda (olmaq) – ailədən kənar yaşamaq, aralı olmaq, yad yerdə yaşamaq, qürbətə, yad ölkəyə düşmək.
Gözündən yağmaq – bilinmək, hiss edilmək, görünmək. Zəhra! Nə qədər də qocalıb fağır; Üzündən-gözündən kasıblıq yağır. Gözünə ağ salmaq – əzab vermək, əziyyət vermək, incitmək.
…gözünə almaq – əvvəlcədən baş verəcək hadisəni, işi, fəlakəti duymaq, hiss etmək, nəzərdə tutmaq. Ölümünü gözünə almaq.
Gözünə batmaq (girmək) – 1) daim görünmək, göz qabağında olmaq.
2) qibtə oyatmaq, həsəd oyatmaq. Elə bil gözünə batıram.
Gözünə çökmək – basmaq, qaplamaq, tutmaq. Gözünə qüssə çökmək.
Gözünə dəymək (ilişmək, sataşmaq) – görünmək, rastlaşmaq.
Dəydi gözlərinə ağappaq divar; Elə bil başında ildırım çaxdı. Gözünə döndüyüm – birisinin işini, ya hərəkətini bəyəndikdə işlənən tərif ifadəsi.
Gözünə dönüm! – nəvaziş, alqış yaxud nəvazişli xahiş bildirən ifadə. Gözünə dönüm, bir də oxu! – [Hacı Əhməd Şərifə:] Ay bərəkallah, ay gözünə dönüm! Gözünə dönüm, göy ürgə, qaşqa daya ancaq sən çata bilərsən.
Gözünə durmaq – çətin görünmək, çətinlik çəkmək, ağır gəlmək.
Gözünə gəlməmək (görünməmək, girməmək) – vecinə gəlməmək, təsir etməmək.
Gözünə görünmək (görsənmək) – 1) görmək, bəlli olmaq.
2) mövcud olmadığı halda görünmək, təsəvvür edilmək.
Gözünə görünməmək – hiss edilməmək, duyulmamaq. Pulunu az-az ver, gözünə görünməsin.
Gözünə xoş görünmək – ilk baxışda xoşuna gəlmək, bəyənmək. Parça gözümə xoş göründü.
Gözünə (gözlərinə) inanmamaq – 1) gördüyünə inanmamaq.
2) təsəvvürə gəlməz bir iş qarşısında təəccüblənmək, çaşmaq. Vəziyyəti gördükdə gözlərimə inanmadım.
Gözünə işıq gəlmək – canlanmaq, dirçəlmək. Çörəyi yedim, gözümə işıq gəldi.
Gözünə işıq vermək – dirçəltmək, canlatmaq, həyat vermək.
Gözünə kölgə çökmək – arıqlamaq, zəifləmək, gözləri batmaq, çökmək, çuxura düşmək.
Gözünə (gözlərinə) qan sızılmaq – bax gözü (gözləri) qan çanağına dönmək.
Gözünə (gözlərinə) qaranlıq çökmək – bax gözü (gözləri) qaralmaq.
Gözünə qoymağa … verməmək – ən kiçik; ən cüzi miqdarla bir şeyi qıymamaq.
Gözünə pərdə çəkmək – cəhalətdə saxlamaq, qəflətdə saxlamaq.
Gözünə pərdə gəlmək – kor olmaq, gözü görməmək.
Gözünə pərdə salmaq (tutmaq, çəkmək) – bax gözdən pərdə (əski) asmaq.
Gözünə sataşmaq (dəymək) – görünmək.
Gözünə soxmaq – 1) qabacasına göstərmək;
2) acgözlüklə yemək. Yeməyi gözünə soxurdu.
Gözünə su vermək – ibrət götürmək, ibrət almaq.
Gözünə təpmək – bax gözünə soxmaq 2-ci mənada. Çörəyi gözünə təpirdi.
Gözünə yuxu (çimir) gəlməmək (getməmək) – yata bilməmək, yatmamaq, qəti gözünü yummamaq; narahat olmaq.
Gözünü (gözlərini) açmaq – 1) bax göz açmaq.
2) ayıltmaq, başa salmaq, bilmədiyini öyrətmək.
3) özünə gəlmək, ayılmaq.
4) xilas olmaq, başı ayılmaq (açılmaq). İşin əlindən gözünü aça bilmir;
5) diqqət etmək, fikir vermək.
Gözünü aç, yaxşı bax! Gözünü ağartmaq – təhdid etmək, hədələmək, qorxutmaq.
Gözünü almaq – özündən qorxutmaq, çəkinməyə məcbur etmək.
Gözünü (gözlərini) ayırmamaq – diqqətlə, gözünü ayırmadan bir şeyə baxmaq.
Gözünü (gözlərini) bağlamaq – qəsdən başa düşməyə, ayılmağa qoymamaq, qəflətdə, cəhalətdə saxlamaq. [Bəhram:] Mənim gözlərimi bağladı. Gözünü (gözlərini) bərəltmək – bax gözünü ağartmaq.
Gözünü (gözlərini) çəkməmək – uzun müddət baxmaq, davamlı baxışlarla süzmək, gözünü götürməmək.
Gözünü (gözlərini) çıxartmaq – 1) kor etmək.
2) birinin paxıllığına səbəb olmaq, qibtə hissi doğurmaq, həsədinə səbəb olmaq.
3) isteh. bir şeyin yaxşısı qaldığı və ya olduğu halda pisindən yapışmaq, pisini almaq. Bazarın gözünü çıxarmısan.
Gözünü (gözlərini) dikmək – 1) gözünü ayırmadan baxmaq.
2) ümid bağlamaq. Gözünü böyük oğluna dikmək.
[Cəmaləddin:] Xaricilər vəhşi pələnglər kimi dişlərini qıcıdıb, gözlərini islam məmləkətlərinə dikiblər. Gözünü dörd açmaq (eləmək) – çox diqqətli olmaq, özünü ayıq saxlamaq.
Gözünü (gözlərini) döymək (döyəcləmək) – heyrətlə baxmaq, mat-mat baxmaq, məəttəl qalmaq, heç bir şey anlamadan baxmaq.
Gözünü (gözlərini) götürməmək – daim baxmaq, gözlərini ayırmamaq.
Gözünü (gözlərini) qan tutmaq (bürümək) – qan tökməyə hazır olmaq, qan tökəcək dərəcədə hirslənmək.
Gözünü qorxutmaq (qorxuzmaq) – bax gözünü almaq.
Gözünü oğurlamaq – birisinin diqqətini başqa şeyə cəlb edərək öz işini görmək, yayındırmaq.
Gözünü yerə dikmək – aşağı baxmaq, başını aşağı salmaq. Gözünü yerə dikib durmaq.
Gözünü (gözlərini) yollara dikmək – həsrətlə yol gözləmək, intizar çəkmək, yol gözləmək.
Gözünü (gözlərini) yollardan çəkməmək – bax gözünü (gözlərini) yollara dikmək.
Gözünü yuxuya vermək – 1) yatmaq, yuxulamaq. Səhərə yaxın gözümü yuxuya verdim;
2) kələk gəlmək, aldatmaq.
Gözünü (gözlərini) yummaq – 1) ölmək.
2) yatmaq.
3) hər şeyə qarşı laqeyd olmaq, heç bir şeyə fikir verməmək, soyuqqanlılıq göstərmək, əhəmiyyət verməmək.
Gözünü (gözlərini) zilləmək – gözünü bir nöqtəyə, bir yerə dikib baxmaq.
Əlindəki kağıza zilləyərək gözünü; Həyatında bəlkə də o ilk dəfə özünü; Xoşbəxt sanırdı bu gün. Gözünün acısını almaq – azacıq yatmaq, bir qədər yatıb dincəlmək.
Gözünün acısını çıxartmaq – yatıb yorğunluğunu rəf etmək, yatıb dincəlmək.
Gözünün ağı-qarası – ailənin bircə övladı, tək uşağı olduqda işlənir. Ananın gözünün ağı-qarası bircə qızı var.
Gözünün altına almaq – baş verəcək bir iş və ya hadisəni gözləmək, buna hazır olmaq.
Gözünün altınca baxmaq – bax göz altından baxmaq.
Gözünün düşməni – birinin sevmədiyi, xoşuna gəlmədiyi, düşmən kimi baxdığı adam haqqında.
Gözünün içinə baxmaq – 1) əmri yerinə yetirməyə hazır durmaq;
2) bir istəyin, arzunun yerinə yetirilməsi üçün gözləri ilə yalvarırcasına baxmaq.
Gözünün içinə demək – söhbəti gedən adamın iştirakından çəkinməyərək nöqsanını və ya başqa bir şeyi arxasınca deyil, üzünə demək.
Gözünün içinə qədər – lap, tamamilə. Gözünün içinə qədər yalan deyir.
Gözünün kökü saralmaq – gözləməkdən yorulmaq, usanmaq, çox gözləmək.
Gözünün qabağında dayanmaq (olmaq) – bax gözü (gözləri) qabağında (qarşısında) durmaq (canlanmaq).
Gözünün qorasını sıxmaq (tökmək) – ağlamaq.
Gözünün qurdu ölmək – ehtiyacı qismən təmin olunmaq; doymaq.
Gözünün qurdunu öldürmək – ehtiyacını azca da olsa təmin etmək (yeməklə).
Gözünün quyruğu (ucu) ilə baxmaq – hiss etdirməmək üçün altdan-altdan, gözucu baxmaq.
Gözünün quyruğu (ucu) ilə baxmamaq – etina etməmək, saymamaq.
Gözünün odunu almaq – qabaqcadan bir şeylə qorxutmaq.
Gözünün üstündə qaşın var deməmək – heç bir söz deməmək, kefinə, xətrinə dəyməmək, hər cür qüsurunun üstündən keçmək. İndiyə qədər ona gözünün üstündə qaşın var deyən olmayıb.
Gözünün zılığını axıtmaq – bax gözünün qorasını sıxmaq.
…gözü (gözüm) atır – istehza kimi işlənən ifadə. Çox səni görməyə gözüm atır.
…gözüm (gözün, gözü) var(dı) – istəyirəm (istəyirsən, istəyir), sevirəm (sevirsən, sevir).
GÖZ nədir? – GÖZ nedir? – GÖZ sözünün mənası – GÖZ sozunun menasi – GÖZ nə deməkdir? – GÖZ ne demekdir? – GÖZ sözünün izahı – GÖZ sozunun izahi – GÖZ sözünün istifadəsi – GÖZ sozunun istifadesi