GERİ
1. zərf Arxa tərəfə, dala, dal tərəfə.
2. is. Ard, dal, davam, mabəd. Şerin gerisini oxumaq.
3. is. məc. Aqibət, son, nəticə. İşin gerisini düşünmək.
4. is. məc. İnkişaf etməmiş, dala qalmış.
◊ Geri durmaq – uzaqlaşmaq, yaxın gəlməmək.
Geri götürmək – 1) dala almaq verdiyini istəyib almaq. Kitabını geri götürdü;
2) məc. dediyi sözdən, vədindən dönmək. Sözünü geri götürmək.
Geri (geriyə, geridə) qalmaq – 1) dalda, arxada qalmaq. Qocalar geridə qaldılar.
2) vaxtını keçirmək, vaxtında etməmək; yubatmaq, ləngitmək. Dərsim geri qalıb.
3) məc. inkişafdan qalmaq, tərəqqi etməmək. [Almaz Xanımnaza:] Ay ana, axı bu bizim kəndimizdir, elimizdir.
Geri qayıtmaq – dala dönmək, qayıtmaq.
Geri qaytarmaq – 1) qaytarmaq, qovmaq. Uşağı geri qaytarmaq.
2) ödəmək, vermək. Borcunu geri qaytarmaq;
3) məc. qarşısını almaq, artmağa, inkişaf etməyə qoymamaq.
Geri oturmaq – geri çəkilmək. Yağı geri oturdu.
Geri oturtmaq – zor gələrək geri çəkilməyə, qaçmağa məcbur etmək, dala oturtmaq.
Geri(də) qoymaq – dalda buraxmaq, irəliləmək.
Geri(yə) almaq – yenidən əldə etmək, almaq, özlərinə qaytarmaq. Kitabları geri almaq.
Geri(yə) atmaq (salmaq) – 1) dala atmaq, arxaya qatlamaq. Saçını geri atdı.
2) məc. inkişafını saxlamaq, qarşısını almaq, mane olmaq.
Geri(yə) baxmadan – üzünü dala çevirmədən, heç bir şeyə fikir vermədən, sürətlə. Geri baxmadan getmək.
Geri(yə) çəkilmək – 1) dayandığı, durduğu yerdən dala çəkilmək, geri addımlamaq. İki addım geri çəkilmək.
2) düşmənin hücumuna davam gətirməyib öz mövqelərini tərk edərək çəkilmək. Düşmən geri çəkildi.
Geri(yə) dönmək – 1) bax geri qayıtmaq. Gedənlər geri döndülər.
2) çevrilmək, dala baxmaq, arxaya dönmək.
Geri(yə) getmək – 1) dala qayıtmaq, geri dönmək;
2) məc. arıqlamaq, zəifləmək. Uşaq günü-gündən geri gedir.
// vəziyyəti getdikcə pisləşmək, ağırlaşmaq; yaxşılaşmamaq (xəstə haqqında). Xəstə geri gedir.
[Böyük oğlu:] 3-4 gün bu dərmanları atdı, kişi daha da geri getdi. Qantəmir;
3) bax geri qalmaq 3-cü mənada.
Geri(yə) istəmək – tələb etmək, bir şeyi təzədən əldə etməyə çalışmaq. Borcunu geri istəmək.
Geri(yə) salmaq – 1) bax geriyə çəkmək 2-ci mənada;
2) məc. yubatmaq, təxirə salmaq. Lətif hələ keçən il Bakıya getməli idi.
Geridən baxmaq – seyrçi kimi uzaqdan baxmaq, yaxın durmamaq, qarışmamaq, iştirak etməmək, uzaq durmaq. Geridən baxma, kömək elə.
Geriyə çəkmək – 1) arxaya çəkmək, dala vermək, kənara çəkmək. Maşın gəlir, uşağı geri çək.
2) məc. inkişafına, tərəqqisinə, irəliləməsinə mane olmaq. Köhnə adətlər xalqı geri çəkir.
GERİ nədir? – GERİ nedir? – GERİ sözünün mənası – GERİ sozunun menasi – GERİ nə deməkdir? – GERİ ne demekdir? – GERİ sözünün izahı – GERİ sozunun izahi – GERİ sözünün istifadəsi – GERİ sozunun istifadesi