FƏRQ
1. Şeyləri, adamları birbirindən ayıran hər hansı xüsusiyyət, onları bir-birindən ayıran cəhət; təfavüt. Yaxşı ilə pisin fərqi. Hekayə ilə romanın fərqi.
2. İki ədəd, məbləğ, kəmiyyət arasında təfavüt; dəyər ayrılığı.
◊ Fərq edilmək – görünmək, seçilmək, nəzərə çarpmaq.
Fərq etmək – ayırmaq, seçmək, fərqli cəhətlərini görmək, fərqləndirmək, ayırd etmək.
Fərq etməz – fərqi yoxdur, təfavütü yoxdur, birdir, əhəmiyyəti yoxdur. [Gülsabah:] Fərq etməz.
Fərq qoymaq – ayrı-seçkilik etmək. Adamlara fərq qoymaq.
Fərq olmaq – aralarında təfavüt olmaq, bir-birindən ayrılmaq, seçilmək, fərqlənmək.
Fərqi nədir? – Bir deyilmi? Nə fərqi var? Nə təfavütü var?
Fərqi yoxdur – bax fərq etməz.
Fərqinə varmaq – incə və ya naməlum, gizli bir şeyi anlamaq, anlaya bilmək, dərk etmək.
Fərqinə varmamaq – çox fikir verməmək, əhəmiyyət verməmək, çox dərinə getməmək. Onun sözlərinin fərqinə varma.
FƏRQ nədir? – FƏRQ nedir? – FƏRQ sözünün mənası – FƏRQ sozunun menasi – FƏRQ nə deməkdir? – FƏRQ ne demekdir? – FƏRQ sözünün izahı – FƏRQ sozunun izahi – FƏRQ sözünün istifadəsi – FƏRQ sozunun istifadesi