ETİBAR
1. Bir şəxsin ixlasına, sədaqətinə, səmimiyyətinə, doğruluğuna, düzgünlüyünə inam, etimad, əmniyyət və bunlara əsaslanan münasibət.
// məc. Vəfa.
□ Etibar etmək (göstərmək, qılmaq) – inanmaq, etimad etmək, inam göstərmək.
2. klas. Ad, san, şərəf, hörmət, nüfuz.
□ Etibardan düşmək, etibarını itirmək, etibarı qalmamaq – 1) hörmətdən düşmək, nüfuzunu itirmək.
2) daha mötəbər olmamaq, özünə olan inamdan məhrum olmaq;
3) qüvvəsini, təsirini itirmək (sənəd haqqında).
Etibarı olmaq – 1) inanılmaq, başqasının yanında etimadı olmaq;
2) möhkəm olmaq, davamlı olmaq.
3. klas. Əhəmiyyət, məna.
4. “ilə” qoşması ilə: etibarı ilə – fərz edərək,
…nəzərə alaraq, …əsasən, …görə, …kimi.
ETİBAR nədir? – ETİBAR nedir? – ETİBAR sözünün mənası – ETİBAR sozunun menasi – ETİBAR nə deməkdir? – ETİBAR ne demekdir? – ETİBAR sözünün izahı – ETİBAR sozunun izahi – ETİBAR sözünün istifadəsi – ETİBAR sozunun istifadesi