ALƏM
1. Kainat, dünya, yer üzü.
// Məc. mənada.
Təbii qanun hamı insanlar üçün bir gərəkdir ola, hamı insanlar bir nöqtəyə gərəkdir yürüş etsinlər.
// Dünya və onda olan bütün varlıq, mövcudat, insanlar; təbiət.
2. Kainatın, təbiətin hər hansı bir sahəsi, qismi. Ulduzlar aləmi. Günəş aləmi. Heyvanlar aləmi. Canlı aləm öz quruluşu və keyfiyyəti ilə cansız təbiətdən fərqlənir. – Qoruğun bitkilər aləmi xüsusilə rəngarəngdir.
3. məc. Məfhumlar, hisslər, təəssürat, təsəvvürlər, həyəcanlar mühiti. Xəyal aləmi. Röya aləmi. Başqa bir aləmdə yaşamaq.
□ Öz aləmində – 1) öz təsəvvüründə;
2) öz miqyasında, öz mühitində, öz dairəsində.
4. Xalq, camaat, el, bütün adamlar, insanlar. İnsan özü-özünə elədiyini aləm yığılsa, eyləyə bilməz. ( Ata. sözü ).
// Hər hansı əlamətlərinə görə birləşmiş insan cəmiyyəti, ictimai mühit. Orta əsr aləmi. Şərq aləmi.
// İnsanların ictimai peşə, mədəniyyət, məişət və s. cəhətdən götürülən ayrıca bir qismi, təbəqəsi, sinfi, qrupu.
// məc. İnsanların müəyyən fəaliyyət sahəsi. Sənət aləmi. – Sonra bir həkim çıxdı.
// məc. Mühit.
5. məc. Çox maraqlı, cazibəli, diqqəti cəlb edən, zövq və nəşə verən, tamaşalı, özünə məxsus gözəlliyi olan şey haqqında deyilir və başqa keyfiyyət bildirir.
6. “Bir” sözü ilə bərabər: bir aləm, bir aləmcə – çoxlu, külli miqdarda, saysızhesabsız. Bir aləm şey. Bir aləm iş var.
□ Gecənin bir aləmində – gecə hamı yuxuda olduğu bir vaxtda, gecə yarısı.
ALƏM nədir? – ALƏM nedir? – ALƏM sözünün mənası – ALƏM sozunun menasi – ALƏM nə deməkdir? – ALƏM ne demekdir? – ALƏM sözünün izahı – ALƏM sozunun izahi – ALƏM sözünün istifadəsi – ALƏM sozunun istifadesi