DÖVRƏ
1. Çevrə, dairə. Təkərin dövrəsi.
2. Ətraf, həndəvər, yan; bir şeyin dışarıdan və ya içəridən dörd tərəfi. Dağın dövrəsi.
3. Misdən, gildən və s.-dən qayrılmış böyük yastı qab, yaxud iri boşqab. Mis dövrə.
4. xüs. Arasıkəsilməz silsilə təşkil edən elementlərin birləşməsindən ibarət qurğu. Elektrik dövrəsi. Telefon dövrəsi.
5. Yarışın, hər bir iştirakçının ancaq bir dəfə çıxış etməsinə imkan verən hissəsi; tur. Festivalın birinci dövrəsi. İdman yarışının axırıncı dövrəsi.
// Mərhələlərlə keçirilən bir işin gedişində ayrıca mərhələ, pillə, dövr. Seçkilərin birinci dövrəsi.
6. Bir-biri ilə bağlı olan hadisələrin, şeylərin və s.-nin məcmusu, bir şeyin ardıcıl silsiləsi, sikl. İncəsənətə dair mühazirələr dövrəsi.
◊ Dövrə dolanmaq – bax dövrə vurmaq 2-ci mənada.
Dövrə vurmaq – 1) bax dövrə vurub (qurub) oturmaq.
2) dövrə gəzmək, dolanmaq, aylanmaq, dövr etmək. Nemətullayev fırlanıb evi dörd dövrə vurdu.
3) fırlanmaq, dolanmaq.
Dövrə vurub (qurub) oturmaq – dairə şəklində oturmaq, yan-yana oturub dairə təşkil etmək. Amma hamı dövrə vurub, yerdə oturub, təkcə Teymur əyləşib uca bir taxtın üstündə. “M.N.lətif.”.
Dövrəsini almaq – dövrəyə almaq, ətrafına cəmləşmək.
Dövrəyə almaq – əhatə etmək, mühasirə etmək, dörd tərəfinə yığışmaq, ətrafına yığışmaq.
DÖVRƏ nədir? – DÖVRƏ nedir? – DÖVRƏ sözünün mənası – DÖVRƏ sozunun menasi – DÖVRƏ nə deməkdir? – DÖVRƏ ne demekdir? – DÖVRƏ sözünün izahı – DÖVRƏ sozunun izahi – DÖVRƏ sözünün istifadəsi – DÖVRƏ sozunun istifadesi