DÖVR
1. Dolanma, hərlənmə, fırlanma; bir şeyin öz oxu ətrafında hərəkəti.
□ Dövr etmək – 1) bir şeyin ətrafında hərlənmək, fırlanmaq, dövrəvi hərəkət etmək.
// Dolaşmaq, dolanmaq, gəzmək.
2) dövrə vurmaq.
…Tağı əmi kimi quşu ağaca buraxıb çağırmağa cürət edə bilmirdim.
3) dövran etmək, dövrəvi şəkildə hərəkət etmək.
4) yaşamaq, dövran sürmək. Zimistanda dövr edərdin; Yaz, bahara boyan, könül! “Koroğlu”;
5) məc. düz gəlmək, müvafiqət etmək.
Dövr qılmaq klas. – bax dövr etmək 5-ci mənada.
Dövr vurmaq – bax dövrə vurmaq (“dövrə”də).
Dövrə çıxmaq – gəzmək, gəzişmək, dolanmaq, gəzməyə çıxmaq.
// Bir şeyin ətrafında, yaxud öz oxu ətrafında olan hərəkətin hər dövrəsi; bir dəfə dolanması. Təkərin dövrü.
2. Zamanın hər hansı bir cəhətdən səciyyəvi olan böyük, ya kiçik qismi. İntibah dövrü. Feodalizm dövrü. İnqilabi dövr. Müharibədən sonrakı dövr. İnkişaf dövrü.
// Çağ, zaman, vaxt. Uşaqlıq dövrü. Cavanlıq dövrü. Tələbəlik dövrü.
□ Dövri-fələk klas. – bax dövr(i)-zaman 2-ci mənada.
Dövri-gərdun klas. – bax dövr(i)-zaman 2-ci mənada.
Dövri-qədim – qədim dövr.
Dövr(i)-zaman klas. – 1) dövr, zəmanə, vaxt.
2) məc. bəxt, tale, qədər.
3. Bir şeyin, xüsusən, xəstəliyin inkişafında mərhələ, pillə. Vərəmin ikinci dövrü. Xəstəliyin birinci dövrü qorxuludur.
4. məc. klas. Çevrə, dairə, dövrə, ətraf.
DÖVR nədir? – DÖVR nedir? – DÖVR sözünün mənası – DÖVR sozunun menasi – DÖVR nə deməkdir? – DÖVR ne demekdir? – DÖVR sözünün izahı – DÖVR sozunun izahi – DÖVR sözünün istifadəsi – DÖVR sozunun istifadesi