DÖŞ
1. Bədənin, boyundan qarına qədər olan ön hissəsi; köks, sinə. Döş qəfəsi. Döş əzələləri. – …Ciyər sinənin içində olur ki, qutu kimi şeydir.
// Bədənin, ciyərlərin və ürəyin yerləşdiyi həmin nahiyə. Döşü ilə dərindən nəfəs almaq.
□ Döş(ün)ə salmaq – aşağı sallamaq, uzatmaq.
// At və s. heyvanların boynu ilə qabaq ayaqlarının yuxarısı arasındakı ön hissə. Atın döşü.
2. Məmə, əmcək.
□ Döş vermək, döşə salmaq – əmizdirmək, süd vermək.
Döşdən ayırmaq – süddən ayırmaq, süddən kəsmək.
// Məməli heyvanlarda: əmcək, yelin. Sağımdan əvvəl inəyin döşünü yaş dəsmalla silmək lazımdır.
3. Paltarın, köynəyin döşü örtən hissəsi. Köynəyin döşü. Döş cibi.
4. Dərin, təpənin yamacı.
5. Ümumiyyətlə, bir şeyin önü, qarşısı, qabağı.
□ Döşünə qatmaq – qabağına qatmaq.
6. Hafizə, yaddaş mənasında. Hamısını döşündən deyir.
◊ Döş gərmək – özünü qorxmadan qabağa verərək mərdcəsinə qorumaq; sinə gərmək, köks gərmək; müqavimət göstərmək.
Döş vermək – bax döş gərmək.
Döş vurmaq – 1) məc. gücünü sınamaq, zor gəlmək, həmlə etmək.
2) dindarların məhərrəmdə əlləri ilə öz sinələrinə vurmaq mərasimi.
Döşə çəkmək – özünə yaxınlaşdırmaq.
Döşü atlanmaq – 1) tövşümək, sinəsi tutulmaq.
2) lovğalanmaq; çox yersiz fəaliyyət göstərmək.
Döşü gəlmək – 1) döş xəstəliyinə tutulmaq;
2) döşü şişmək, iltihab etmək (qadınlarda).
Döşünə çəkmək – 1) qucaqlamaq;
2) himayə etmək, himayəsi altına almaq, saxlayıb bəsləmək.
Döşünə düşmək (yatmaq) – xoşuna gəlmək, işinə gəlmək, ürəyinə yatmaq, xoşlamaq.
Döşünə vurmaq (döymək) – lovğalanmaq, özünü öymək, öyünmək.
Döşünü qabartmaq – lovğalanmaq, təşəxxüslənmək.
DÖŞ nədir? – DÖŞ nedir? – DÖŞ sözünün mənası – DÖŞ sozunun menasi – DÖŞ nə deməkdir? – DÖŞ ne demekdir? – DÖŞ sözünün izahı – DÖŞ sozunun izahi – DÖŞ sözünün istifadəsi – DÖŞ sozunun istifadesi