DÖRD
1. Üçdən sonra gələn və 4 rəqəmi ilə işarə olunan say və miqdar.
İki dəfə iki – dörd. Dörd yaş.
2. Beşballı sistemdə şagirdin, tələbənin müvəffəqiyyətini göstərən və “yaxşı” ifadə edən nömrə. Dərslərdən 4 almaq.
◊ Dörd bir tərəf – dövrə, hər tərəf, hər yan, ətraf. Qalanı dörd bir tərəfdən mühasirəyə aldılar.
Dörd bir yan – bax dörd yan.
Dörd divar(ın) arasında və ya içində qalmaq (oturmaq) – bax divar.
Dörd əllə – ürəklə, həvəslə, bərk-bərk.
Dörd gözlə – 1) səbirsizliklə, böyük bir intizarla. Dörd gözlə gözləmək.
// diqqətlə, böyük həvəslə. Anamın şəklini görüb dörd gözlə qəzeti oxumaq istədim. Mir Cəlal;
2) çox sayıq bir surətdə.
Dörd olmaq – çox böyümək, çox artmaq.
Dörd tərəf – bax dörd bir tərəf.
Dörd yan – bax dörd tərəf.
Dörd yanına (tərəfinə) baxınmaq (boylanmaq) – çaşmaq, şaşırmaq, çaşaraq təlaşla ətrafına baxınmaq.
Dörddə alacağım (alacağın, alacağı) yox, beşdə verəcəyim (verəcəyin, verəcəyi) – dərdsizlik, qayğısızlıq mənasında.
Dörddə bir – çox az miqdar, bir şeyin çox az hissəsi.
DÖRD nədir? – DÖRD nedir? – DÖRD sözünün mənası – DÖRD sozunun menasi – DÖRD nə deməkdir? – DÖRD ne demekdir? – DÖRD sözünün izahı – DÖRD sozunun izahi – DÖRD sözünün istifadəsi – DÖRD sozunun istifadesi