DOLĞUN
1. Orta dərəcədə kök, dolu, ətli-canlı. Dolğun yanaq.
2. Dolmuş, şişmiş, köpmüş.
3. Ağzına qədər doldurulmuş; dolu.
4. Gur, qüvvətli, güclü.
5. Lazımi dərəcəyə çatmış, kamala yetmiş; yetişmiş, yetkin.
// Hazırlıqlı, təcrübəli, sanballı, hərtərəfli.
6. məc. Mənalı, zəngin məzmunlu, dərin, hər-tərəfli. Dolğun məzmun. Dolğun nitq.
7. Tam, çox, çoxca.
8. məc. Çox mütəəssir, ürəyi dolmuş, doluxsunmuş, kövrəlmiş.
Biçarə … yaşarmış gözlərini Kərbəlayı Məhəmmədə döndərib dolğun səsi ilə: – Eh, Allah mərdimazarın evini yıxsın! – [dedi] Çəmənzəminli.
// Yaşla dolmuş.
DOLĞUN nədir? – DOLĞUN nedir? – DOLĞUN sözünün mənası – DOLĞUN sozunun menasi – DOLĞUN nə deməkdir? – DOLĞUN ne demekdir? – DOLĞUN sözünün izahı – DOLĞUN sozunun izahi – DOLĞUN sözünün istifadəsi – DOLĞUN sozunun istifadesi