zümrüd

zümrüd : [ər.] is. Yaşıl rəngli qiymətlidaş Sif. mənasında. Zümrüddən qayrılmış.Zümrüd bilərzik. Zümrüd üzük qaşı. – [Qızlar]zümrüd və almaz xalxalları topuqlarınabağladılar. M.S.Ordubadi Sif. mənasında. Yamyaşıl, yaşıl, tündyaşılşey haqqında (təşbeh məqamında). Zümrüddağlar üstündəki al şəfəqlər sönərkən,qonşu bağçalarda həzin bir ney səsi inlədi.H.Cavid. Nə dayanmaq vaxtıdır, gözəl dostum,sən də gəl! Seyr edəlim qol-qola bu zümrüdçəməndə, gəl… M.Müşfiq. […]

Read More

zümrə

zümrə : is. [ər.] Silk, ictimai təbəqə,sinif. Ziyalı zümrəsi. – Mirzə Səməd şəhərməktəbini qurtarıb iyirmi yaşından etibarənməmur zümrəsinə daxil olmuşdu. Çəmənzəminli.Bu qəzet [“Qamusul-əxbar”] nə birsiyasi firqənin, nə də bir elmi zümrənin malıidi. Qantəmir. Ümumən kübarlar zümrəsinəqarşı bədgüman olan və pis münasibət bəsləyənQəhrəmani belə bu qızı [Südabəni] xoşlayırdı.M.İbrahimov köhn. Camaat mənasında köhn. Cins, növ, qrup. Heyvanlar […]

Read More

zülüm-zülüm

zülüm-zülüm : zülüm-zülüm ağlamaq– acı-acı ağlamaq, zar-zar ağlamaq…Bir maral yerə uzanıb gözlərinin yaşını abineysankimi tökür, zülüm-zülüm ağlayırdı.(Nağıl).

Read More

zülum

zülum : sif. [ər. zəlum] klas. Həddindənartıq zülm edən, haqsızlıq edən, qəddar,çox zalım Zülm. Cahan, cahan deyil daha, zülumaaşiyanədir; Qalıbsa ədlü rəhmdən boş ad, oda fəsanədir. C.Cabbarlı.

Read More

zülmkarlıq

zülmkarlıq : is. Zülm etmə, zalımlıqetmə, zülmkarlara xas olan hal və sifət. Deyirlər,məclislərdə mənim zülmkarlığımdandanışırsan. “M.N.lətif.”

Read More

zülmkar

zülmkar : is. [ər. zülm və fars. …kar]Zalım, zülm edən, müstəbid. Əzəl fürsət bizdəidi həmişə; İndi fürsət zülmkara düşübdü.“Lətif şah”. Bəy çox xəsis və zülmkar idi.Ə.Sadıq.

Read More

zülmətli

zülmətli : sif. Qaranlıq. Sən gözləmirmisənyaşamaqdan çox il hələ; Zülmətli yollariçrə gəzirsən neçin belə? A.Səhhət. Həcərbir az da gedib zülmətli bir meşəyə qovuşdu.S.Rəhimov.

Read More

zülmətxana

zülmətxana : is. [ər. zülmət və fars….xanə] klas. Qaranlıq yer. Yatıbsan, oyan,dağlar! Al-yaşıl boyan, dağlar! Bura zülmətxanadır;Necədir o yan, dağlar! (Bayatı).Çiraği-şəb mənə bəsdir, ciyərdə şöləyi-dağın;Bihəmdüllah ki, zülmətxaneyi-könlüm münəvvərdir.S.Ə.Şirvani.

Read More

zülmət

zülmət : is. [ər.] Qaranlıq. Axşamdır,gün batmış, şəfəq saralmış; Çölə zülmət çökmüş,hava qaralmış. A.Səhhət. Çıraq ol! Nurunuartır günbəgün; Hər yerdə həyatın boğzülmətini.. B.Vahabzadə. Zülmət çökdü, gecəgəldi; Zalım gecə necə gəldi! M.Dilbazi folk. Nağıllarda: İskəndərin dirilik çeşməsiaxtarmaq üçün getdiyi çox qaranlıq yer məc. kit. Mədəniyyətsizlik, nadanlıq,cəhalət mənasında. Elm bir nur, cəhl zülmətdir;Cəhl duzəxdir, elm cənnətdir. S.Ə.Şirvani.

Read More