ƏYRİ
1. Düz istiqamətdə olmayan, düz xətt təşkil etməyən (düz ziddi). Əyri yol. Əyri xətt. Əyri qılınc.
// Düz durmayan, düz olmayan, bir yana əyilmiş. Əyri barmaq. Əyri çənə. Əyri mismar. – Xudayar bəyin bir böyük qüsuru var.
// Zərf mənasında. Əyri getmək. Mıxı əyri vurmaq.
□ Əyri baxmaq – 1) gözünün yan tərəfi ilə baxmaq, çəp baxmaq;
2) məc. Narazı, şübhəli, yaxud kinli və hiddətli baxışla baxmaq. Axır vaxtlarda nədənsə mənə əyri baxır.
2. Sözündə, işində, hərəkətində düz olmayan, yalançı, fırıldaqçı. Əyri adam bir gün özünü göstərəcək.
□ Əyri danışmaq – düz danışmamaq, səmimi danışmamaq, hiylə işlətmək, biclik etmək.
Əyri getmək – 1) fırıldaq, hiylə yolunu tutmaq, düz yolla getməmək;
2) aldatmaq, vəfasızlıq göstərmək.
Əyri görmək – pis şəkildə görmək, xoşuna gəlməyəcək tərzdə görmək.
Əyri güzgü – 1) əksi düzgün göstərməyən güzgü;
2) məc. bir şeyin təhrif olunmuş əksi.
// İs. mənasında.
// is. Düzgün olmayan şey.
□ Əyri iş – fırıldaq, hiylə.
3. is. riyaz. Əyri xətt. Diaqramın əyriləri. Əyrinin nöqtələri.
// Hər hansı bir prosesin kəmiyyət nisbətini göstərən (əyri xətt şəklində) qrafik təsvir. Temperatur əyrisi. Yağıntı əyrisi.
◊ Əyri göz – mövhumatçıların etiqadınca, gözü dəyə bilən adamın gözü.
Əyri (gözlə) baxmaq – qeyri-məmnun, narazı, acıqlı yaxud şübhəli nəzərlə baxmaq. Əyri gözlə mənə baxdı.
Əyri-əyri baxmaq – bax əyri (gözlə) baxmaq.
Əyri oturaq (oturub), düz danışaq – bir-birimizdən incisək də, həqiqəti olduğu kimi deyək.
ƏYRİ nədir? – ƏYRİ nedir? – ƏYRİ sözünün mənası – ƏYRİ sozunun menasi – ƏYRİ nə deməkdir? – ƏYRİ ne demekdir? – ƏYRİ sözünün izahı – ƏYRİ sozunun izahi – ƏYRİ sözünün istifadəsi – ƏYRİ sozunun istifadesi