TAĞ

TAĞ I is. [ ər. ] Bostan bitkilərinin gövdəsi. Addadı zimistan, gəldi növbahar; Şamamanın tağı yaşıldır, yaşıl (Aşıq Ələsgər).

TAĞ II is. [ ər. ] Qaşın əyrisi. Bəstə boyu, ağ əndamı, gül üzü; Baxdıqca qaşının tağı şirindir (Aşıq Ələsgər).

TAĞ III is. Bəzi binaların yarımdairə şəklində olan damı. Körpünün aşağısında sudan qalxan enli kərpic tağların içində otaqlar da var (İ.Şıxlı).

TAĞ IV is. Saçın iki hissəyə ayrılan yeri. Tavuz lələyidir saçının tağı; Xoruz pipiyindən aldır dodağı (Şəhriyar).

 

TAĞ sözü nədir? – TAĞ sozu nedir? – TAĞ sözünun mənası – TAĞ sozunun omonimi – TAĞ sözünün omonimi – TAĞ omonimi – TAĞ basqa menasi var mi? – TAĞ sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın