ŞALAX

I
(Ağdam, Daşkəsən, Gədəbəy, Xanlar, Kəlbəcər)
gen, boş, lax <iri geyim haqqında>. – Əynində bir şalax pencəyi var, elə bil ki, torbuya salıflar gədəni (Ağdam); – Şalax paltar yaxşı durmoyu adamda (Daşkəsən); – Paltar, timsalı əyninə yekə olanda deyillər şalaxdı (Kəlbəcər); – Yox, bu saηa çox şalax duror, bir ayrısını seçəsəη gərəx’ (Gədəbəy); – Bu paltar səniη əyniηə şalaxdı (Xanlar)
II
(Kəlbəcər, Oğuz, Şuşa)
pinti, səliqəsiz. – Paltarı pis giyər şalax adam (Oğuz); – Nə şalaxsaη, üstüηü, başıηı nə patdağa bıleyasaη (Kəlbəcər)
III
(Xanlar)
gönülsüz, həvəssiz. – Niyə şalax yere:ysən? – Xırmana qoşulan heyvanı sürən boş dursa, o da şalax yeriyər
IV
(Borçalı)
aciz, əfəl. – Pampağ o adama de:irix’ kin, şalağ adam olor
V
(Borçalı, Culfa, Xanlar, Qax, Qazax, Ordubad)
çox yetişdiyi üçün yumşalmış qovun. – Şalax iri olor, əmmə dassız olor (Borçalı); – Şalax dassız olor (Xanlar)
VI
(Qax)
əxlaqsız <qadın>
VII
(Qax)
əldən düşmüş, zəifləmiş

Bir cevap yazın