PİYADA

[ fars. ] zərf
1. Miniklə deyil, ayaqları ilə. Piyada yola düşmək. Piyada yollanmaq.

– Faytonu xanım bir az kənarda saxlatdı, qapıya qədər piyada getmək istədi. Çəmənzəminli.
[Səkinə:] Yox, Əlabbas, sən sür, mən piyada gedəcəyəm. H.Seyidbəyli.

2. sif. Ayaqla gedilən, ayaqla icra edilən. Piyada marş. Piyada kross.
3. is. Miniklə yox, öz ayaqları ilə gedən adam. Piyadalar üçün keçid. Küçədə piyadaların gediş-gəlişini tənzim etmək.

– Sən atlısan, mən piyada; Öldürəcək bu qəm məni! Aşıq Ələsgər.

4. is. Piyada hərəkət edən və döyüşən qoşun növü. Piyadada xidmət etmək.
// is. Həmin qoşun növündə xidmət edən əsgər.

İrəlidə piyadalar çarpışır. H.Nəzərli.
Piyadalarımız Üçtəpəyə iki kilometr qalmış dayandı. Ə.Vəliyev.

5. is. Şahmat oyununda dəyərcə ən aşağı fiqur. Piyada ilə oyuna başlamaq. Piyadanı uduzmaq. – Şahmatda hər bir oyunçunun bir şahı, iki vəziri, iki topu, iki fili, iki atı və səkkiz piyadası olur.
6. məc. sif. Kəmsavad, azsavadlı, bilik cəhətdən çox kasıb. Piyada adam.

[Xəlil Şahmara:] Yaxşı, yaxşı, elə sən də mənim kimi piyadasan, çox da qürrələnmə. M.Hüseyn.

◊ Piyada çəyirtkə zool. – adi çəyirtkədən kiçik, qanadsız çəyirtkə.

 

 

PİYADA nədir? – PİYADA nedir? – PİYADA sözünün mənası – PİYADA sozunun menasi – PİYADA nə deməkdir? – PİYADA ne demekdir? – PİYADA sözünün izahı – PİYADA sozunun izahi – PİYADA sözünün istifadəsi – PİYADA sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.