ÖHDƏ

is. [ ər. ] Öz üzərinə götürülən və yerinə yetirilməsi vacib olan vəzifə; təəhhüd, borc.
□ Öhdəsində qalmaq – himayəsində, iaşəsində olmaq, boynunda olmaq.

[Nuriyyə:] Ata-anamın vəfatından sonra səkkiz yaşında bir uşaq öhdəsində qaldım. İ.Əfəndiyev.

Öhdəsində olmaq – bir vəzifə olaraq üzərində olmaq, boynunda olmaq; ixtiyarında, idarəsində olmaq.

[Məktəblərin] xərci dövlət xəzinəsinin öhdəsində idi. C.Məmmədquluzadə.
Körpü xüsusi tapşırıq ilə Nərimanın dəstəsinin öhdəsində idi. Mir Cəlal.

Öhdəsindən gəlmək1) bir işi yerinə yetirməyə gücü çatmaq, edə bilmək, bacarmaq. Vəzifənin öhdəsindən gəlmək.

– Mehriban bu çətin işin öhdəsindən gələ biləcəkdimi? H.Seyidbəyli.
[Xanım:] Mən dedim o, bu işin öhdəsindən gələ bilməz. M.Dilbazi;

2) mübarizədə və ya başqa bir işdə üstün gəlmək, bacara bilmək, gücü çatmaq.

[Kərbəlayı Fatma xanım:] Mən hacının öhdəsindən gələ bilmirəm… C.Məmmədquluzadə.
[Çərkəz bəy:] [Camaatın] öhdəsindən gələ bilməyirəm… Ə.Haqverdiyev.

// məc. Dərsini vermək, divan tutmaq. Onun öhdəsindən yaxşı gəldilər.
Öhdəsinə qoymaq (buraxmaq, atmaq) – birinin boynuna qoymaq, üzərinə qoymaq, tapşırmaq. Məsuliyyəti başqasının öhdəsinə qoymaq (buraxmaq).

[Pristav:] Turaclılarla haqqhesab çəkməyi qoy mənim öhdəmə. Ə.Vəliyev.
Babacan … evin iş-gücünü həmişəlik qızının öhdəsinə atmışdı. Ə.Əbülhəsən.

Öhdəsinə düşmək – üzərinə düşmək, boynunda olmaq, yerinə yetirilməli olmaq.

[Fəxrəddin:] Öz boynumu öhdəmə düşən məsuliyyətdən kənara çəkmək istəmirəm. M.S.Ordubadi.

Öhdəsinə götürmək (almaq) – yerinə yetirməyi bir vəzifə olaraq boynuna götürmək, boyun olmaq, söz vermək, üzərinə götürmək.

[Məhərrəm bəy:] Əlbəttə, hər bir xərci öhdəmə götürürəm… S.S.Axundov.

 

 

ÖHDƏ nədir? – ÖHDƏ nedir? – ÖHDƏ sözünün mənası – ÖHDƏ sozunun menasi – ÖHDƏ nə deməkdir? – ÖHDƏ ne demekdir? – ÖHDƏ sözünün izahı – ÖHDƏ sozunun izahi – ÖHDƏ sözünün istifadəsi – ÖHDƏ sozunun istifadesi


Mənbə:


Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə. ABCÇD I cild /red. Ə. Orucov; tərtibçilər: Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006.- 744 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə EƏFGHXİJK II cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu B.: Şərq-Qərb, 2006. 792 s

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə QLMNOÖPR III cild /red. Ə. Orucov; tərtibçilər. Ə. Orucov, B. Abdullayev, N. Rəhimzadə; nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A. Axundov; AMEA, Nəsimi adına Dilçilik İnstitutu.- B.: Şərq-Qərb, 2006. 672 s.

Azərbaycan dilinin izahlı lüğəti [Mətn]: IV-cilddə SŞTUÜVYZ [Mətn] IV cild /Red. Ə.Orucov; Tərtibçilər. Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə; Nəşrə haz., təkmilləşdirən, ön sözün müəllifi və red. A.Axundov; Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu

Azleks.az - "Azleks" lüğətləri - Altun Kitab

Aydın Paşayev, Alimə Bəşirova. Azərbaycan şəxs adlarının izahlı lüğəti. Bakı: Mütərcim, 2011

Azərbaycan Sovet Ensiklopediyası (10 cilddə). Bakı, Azərbaycan SSR Dövlət nəşriyyatı. 1976-1987

Bready, Richard. Encarta World English Dictionary. [Software] s.l. : Microsoft, 1998. Türkçe Sözlük.

Axundov, Ağamusa. Azərbaycan Dilinin Orfoqrafiya Lüğəti. Bakı : Lider Nəşriyyat, 2004. p. 728. ISBN 9952-417-00-2.

Soukhanov, Anne H. The American Heritage Dictionary of the English Language. 3rd Edition. s.l. : Houghton Mifflin Harcourt, 1992. p. 2140.