HAVA

HAVA I [ ər. ] coğr. Yer atmosferini təşkil edən fiziki qatışıq qazlar. Boğur insan oğlunu; O yerlərin havası (S.Vurğun).

HAVA II is. coğr. Müəyyən mərhələdə və müəyyən vaxt ərzində atmosferin arasıkəsilmədən dəyişilən vəziyyəti, göy. Deyirlər igiddi o nadan Nəbi; Tüfəngi havada oynadan Nəbi! (“Qaçaq Nəbi”).

HAVA III is. mus. Musiqi əsərinin əsasını təşkil edən təranə, melodiya. Dostum, kamanını ələ al görək; Bizə bir yanıqlı hava çal görək (S.Rüstəm).

HAVA IV is. [ ər. ] Əqlini itirmə, dəli olma. Bu döyülməklə qoçu öldü, Niyazlının da başına hava gəldi (“Qaçaq Nəbi”).

 

HAVA sözü nədir? – HAVA sozu nedir? – HAVA sözünun mənası – HAVA sozunun omonimi – HAVA sözünün omonimi – HAVA omonimi – HAVA basqa menasi var mi? – HAVA sozunun menasi- CÜYÜR sozunun istifadesi oxşar soz oxsar sözü


Bir cevap yazın