abad

abad : sif. [fars.] Müntəzəm və çoxlutikintisi, yaşayış üçün hər cür şəraiti olan;şen. Abad şəhər. Abad kənd. – Söylədiyimizdövrdə İçərişəhər abad deyildi. H.Sarabski.Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır.N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı,müntəzəm, səliqəli, mədəni, yaxud yaxşıtəchiz və təmin olunmuş, yaxşı vəziyyətdəolan. _ Abad edilmək – b a x abadlaşdırılmaq.Abad etmək (eləmək) – b a xabadlaşdırmaq. Zəhmət […]

aba

aba₂ : is. məh. Ata Böyük bacı (hörmət üçün böyük qadınada deyilir).ÁBA is. [ər. “əb” söz. cəmi] Atalar, atababa._ Abavü əcdad – ata-babalar, əcdad,nəsil, babalar. Mərhum Mirzə Cəmal öz tarixindəPənah Əli xanın abavü əcdadı şənindəbelə yazır.. F.Köçərli.

aba

aba₁ : is. [ər.] köhn. Müsəlman ruhanilərininvə mömin adamların üstdən geydikləriqolsuz və ya gödəkqollu, yaxası açıquzun kişi paltarı (əslində ərəb milli paltarıdır).Kişi çıxardı ki, ağaya yüzlüklər bəxşedərdi; atlar, inəklər vəd edərdilər; ipəkabalar, xəz cübbələr verilərdi. Çəmənzəminli.Çox vədə olurdu ki, həftənin iki ötər,üçüncü günü Molla Rəcəbi küçə ilə qayətqəmgin və ayaqları abasının ətəyinədolaşa-dolaşa gedən görərsən… B.Talıblı.Molla […]

ab

ab : is. [fars.] klas. Su. _ Abi-bəqa –b a x abi-həyat. Abi-heyvan(i) – b a x abihəyat.Əzib ləli qatıb abi-heyvana; Qəndilə yoğurub dil-dodaq çəkib. Q.Zakir. Abihəyat– həyat suyu, dirilik suyu (əfsanələrəgörə, guya zülmətdə bir çeşmənin suyuolub, onu içənlər heç ölməzlərmiş). KülliQarabağın abi-həyatı; Nərmü nazik bayatıdır,bayatı. M.V.Vidadi. Ölümümdür mənimol ruhi-rəvansız bu gecə; Gər içəm badeyigülgünyerinə […]

a

a₂ : nida. Sözlərə qoşularaq çağırış, xitab,müraciət bildirir. A dostlar! A başına dönüm!A balam! – [Murov:] A kişi, mən səni üç gecədiraxtarıram. M.F.Axundzadə. A quşlarım,getməyin; Məni qəmgin etməyin! A.Səhhət.[Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı!Kişi qocalıb yavaş-yavaş əldən düşür.H.Sarabski. // Eyni mənada bəzən cümləninortasında işlənir. Baxsanız a, beli çökmüş yamaca;Sinəsində şən quzular səslənir. A.Şaiq.// Bəzən […]