abad

abad : sif. [fars.]

  • Müntəzəm və çoxlutikintisi, yaşayış üçün hər cür şəraiti olan;şen. Abad şəhər. Abad kənd. – Söylədiyimizdövrdə İçərişəhər abad deyildi. H.Sarabski.Abad, gözəl şəhərimiz sülhün böyük dastanıdır.N.Rəfibəyli. // Ümumiyyətlə, yaxşı,müntəzəm, səliqəli, mədəni, yaxud yaxşıtəchiz və təmin olunmuş, yaxşı vəziyyətdəolan. _ Abad edilmək – b a x abadlaşdırılmaq.Abad etmək (eləmək) – b a xabadlaşdırmaq. Zəhmət qoymaq, kəndlərimiziabad etmək, yaşayışımızı yaxşılaşdırmaqöz əlimizdədir. T.Ş.Simurq. [Şair:] Bizbu dünyaya xarabalıqları abad etməyəgəlmişik. Ə.Məmmədxanlı. Abad olmaq –b a x abadlaşmaq. Bunlar hərə öz məhəlləsininabad olmağına cidd-cəhd etmişlər.N.Nərimanov. Tənimdə qalmayıb bir xaliyer qəmzən xədəngindən; Olur abad hərmülkün ki, adil olsa sultanı. Q.Zakir. Abadolsun! Evin abad olsun! – təşəkkür, razılıq,məmnuniyyət, təqdir bildirən ifadədir.Etdi bir cam ilə təmir dili-viranı; Meyfüruşungörəyim xanəsi abad olsun! S.Ə.Şirvani.[Qoca:] Çörək verdin, yedim, evin abadolsun! Ə.Haqverdiyev
  • məc. klas. Şən, şad. Dağıldı qüssədənabad gördüyün könlüm. Heyran xanım….abad [fars.] Xüsusi isimlərə qoşularaqşəhər, kənd, yer adları düzəldilir; məs.:Cəlilabad, Sabirabad və s.
  • Yorum Gönderin