a

a₂ : nida.

  • Sözlərə qoşularaq çağırış, xitab,müraciət bildirir. A dostlar! A başına dönüm!A balam! – [Murov:] A kişi, mən səni üç gecədiraxtarıram. M.F.Axundzadə. A quşlarım,getməyin; Məni qəmgin etməyin! A.Səhhət.[Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı!Kişi qocalıb yavaş-yavaş əldən düşür.H.Sarabski. // Eyni mənada bəzən cümləninortasında işlənir. Baxsanız a, beli çökmüş yamaca;Sinəsində şən quzular səslənir. A.Şaiq.// Bəzən cümlənin axırında təkid bildirənədat kimi işlənir. Aparsan a! – [İbrahim bəy:]A kişi, çəkil kənara, görüm a! Ə.Haqverdiyev
  • İntonasiyadan asılı olaraq məmnunluq,hiddət, istehza, narazılıq, təəccüb və s. hissləriifadə edir. A! Sənə nə oldu? A, nə gözəlşeydir! – [Ağa Mərdan:] A, bu dabanıkəsikHeydərqulunun oğlu imiş! M.F.Axundzadə.[Rübabə:] A Böyükxanım, niyə gülməli sözdanışırsan?! Mir Cəlal
  • Həyəcan, dəhşət, qorxu, peşmanlıq vəs. hissləri ifadə edən səs (uzadılaraq xüsusiintonasiya ilə və bəzən təkrar şəklində işlənir).Aaa, mən nə etdim! Aaa, bu necəadamdır! Aaa, nə böyük ilandır! – Yenə birbaşqa xəbər varmı? – Bizim qonşu Kərim.– A… A… A? Bəli, hə, hə. – O nə qayırıb, degörüm. M.Ə.Sabir
  • Bəzən cümlənin axırında və ya sözdənsonra gələrək, təəccüb bildirir, yaxud danışılansözə diqqəti cəlb edərək, onun haqqındadüşündürmək üçün işlənir. Bu paltoyayüz manat vermişəm; yüz manat a!
  • Yorum Gönderin