AĞCABAŞ

AĞCABAŞ (Gədəbəy) yabanı bitki adı. – Uşax ge:f düz bir şələ ağcabaş yığıf dünənnəri; Ninə:cə’x’siη, buğartana yığıf o ağcabaşdarı?

Read More

AĞBUYNUZ

AĞBUYNUZ (Qazax) qabığı soyulmuş quru ağac. – Meşədən xeyli ağbuynuz gətirdim

Read More

ADAR-MADAR

ADAR-MADAR (Cəbrayıl) yeganə, tək, bircə. – Adar-madar bir qoyunum varıdı, öldü o da

Read More

AĞMİR

AĞMİR (Meğri) zəhər. – Ögey ana gətirey, südin içinə ağmir saley

Read More

AĞBUĞUŞ

AĞBUĞUŞ (Füzuli) ipəkqurdu xəstəliyinin adı. – İpəx’qurdu toflanıf şişir, belinnən ağ irin olur, süt kimi tökülür, buna ağbuğuş de:lir

Read More