zühəl

zühəl : is. [ər.] Saturn planetinin ərəbcəadı (klassik şeirdə gözəlin surəti buna bənzədilir).

Read More

zübdə

zübdə : is. [ər.] köhn. Ən çox bəyənilmişhissə Nəticə, xülasə Qaymaq.

Read More

zurna-qaval

zurna-qaval : is. Zurna və qaval.Zurna-qaval səsi. – Çalma, dəxi bu zurnaqavalınişə keçməz! Bifaidədir, cəngü cidalınişə keçməz! Ə.Nəzmi. Sonra zurna-qavalçalındı, əsil toy başlandı.. M.Rzaquluzadə.

Read More

zurnaçılıq

zurnaçılıq : is. Zurnaçının işi, peşəsi,sənəti məc. Uzunçuluq, boşboğazlıq, naqqallıq.

Read More

zurnaçı

zurnaçı : is. Zurna çalan çalğıçı. Qızıöz kefinə qoysan ya zurnaçıya gedər, ya halvaçıya.(Ata. sözü). Zurnaçılar çalmağa başlayırlar.Ü.Hacıbəyov. Baxışoğlu Həsən özübir zurnaçı idi. B.Talıblı məc. Naqqal, boşdanışan, boşboğaz adamhaqqında.

Read More

zurna-balabanlı

zurna-balabanlı : sif. Zurna və balabançalınan (çalğılı). [Tükəz qarı:] Sənə toylazımdır, kişi, özü də zurna-balabanlı birtoy… S.Rəhimov.

Read More

zurna-balaban

zurna-balaban : is. Zurna və balaban.[Qarovulçu:] Odur kəndin camaatı, uşaqlıböyüklüzurna-balabanla buraya gəlirlər.Ə.Haqverdiyev. Ay ana, ay ana, bircə mənimo zurna-balabanımı bəri gətir. C.Cabbarlı.// Çalğı, kef mənasında. Çeşmələr başındanheç əskik olmaz; Zurna-balabanı bizim dağların.S.Vurğun.

Read More

zurna

zurna : is. Nəfəslə çalınan boruşəkilli,ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq.– Birdən qulağıma zurna səsi gəldi.S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərinişığı görünür və zurna səsi eşidilir.Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdibzurnada ceyranı havası çalan çalğıçılarınqarşısında məharətlə oynardı. M.Hüseyn.◊ Zurna bağlamaq – dalca danışmaq, sözqoşmaq, böhtan atmaq. Zurna çalınmaqməc. – aləmə yayılmaq, söz-sov getmək, haqqındacürbəcür şayiələr yayılmaq. [Qaradonlu]bir-iki […]

Read More

zur

zur : klas. bax zor. Bir tərəfdə görürəmqüvvəti-zur; O biri yanda bilik, fənn, şüur..Ə.Nəzmi. Qızlara insan deyib; məxluq edirbaşına zur. C.Cabbarlı.

Read More

zummer

zúmmer : is. [alm. Summer] tex. Səs siqnallarıvermək üçün radiotexnika və telefoniyadaişlədilən elektrik cihazı və cihazdaeşidilən qırıq səs. Telefonda zummer yoxdur.

Read More