zürriyyət

zürriyyət : is. [ər.] klas. Övlad, nəsil,soy. [Şah:] Məndən sonra mal-dövlətimə ..sahib olacaq bir zürriyyətim yoxdur. “Lətifşah”. [Səlim bəy:] ..Mirzənin, budur, saqqalıdüşüb qurşağına, amma zürriyyəti yoxdur.Ə.Haqverdiyev.

Read More

zürafə

zürafə : is. [ər.] zool. Boynu çox uzun vəqabaq ayaqları dal ayaqlarından uzun, gövşəkAfrika heyvanı. Zürafə boynuna bənzərdiboynu; Məğrur, ədalı bir duruşu vardı.H.Cavid. Hacının gözünə görünmək istəyənyüzlərcə yaltaq ziyalılar ayaq barmaqlarıüstündə qalxıb başlarını zürafə kimi yuxarıqaldırırlar. M.S.Ordubadi.

Read More

zünnar

zünnar : is. [ər.] Xristian keşişlərinin ibadətzamanı bellərinə bağladıqları ucları aşağısallanan sərt qurşaq (klassik şeirdə xristianlıqrəmzi kimi işlənmişdir). _ Zünnar bağlamaqklas. – müsəlmanlıqdan dönmək, xaçpərəstolmaq. Axırda zünnar bağlarsan; Qəməyoldaş olan könlüm! Aşıq Valeh.

Read More

zümzüməli

zümzüməli : sif. Zümzümə ilə oxuyan;təranəli, ahəngli. Çalxanır dəryalar, çığırışırqazlar; Zəm-zəm zümzüməli göllərin, dağlar!Aşıq Ələsgər. ..Səhərə qədər çayın və bulaqlarınzümzüməli suları baş alıb hara isə gedir.Ə.Vəliyev.

Read More

zümzümələmək

zümzümələmək : f. Zümzümə etmək,dodaqaltı oxumaq, nəğmə oxumaq. // Məc.mənada. Dağlardan əsən meh əbasını yellədikcəxoşlanır, dodağının altında zümzümələyirdi.S.Rəhman.

Read More

zümzümə

zümzümə : is. [ər.] Ahəstə səslə, pəsdən,özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdimcavanların şirin zümzüməsini; Dinlədim layladeyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşlarınciviltili nəğməsi, büllur suların şirinzümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə._ Zümzümə etmək (eləmək) –pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltıoxumaq. Kalvayı Qurban pəyəyə gedəndəgördü ki, Ələsgər camışın axurundaoturub, astadan zümzümə eləyir. “AşıqƏləsgər”. Baxış bəy zümzümə eləməyə […]

Read More