zurna : is. Nəfəslə çalınan boruşəkilli,ağzıgen, kəskin səsli musiqi aləti. Zurna çalmaq.– Birdən qulağıma zurna səsi gəldi.S.S.Axundov. Rəqs qurtardıqda qapıdan məşəllərinişığı görünür və zurna səsi eşidilir.Ü.Hacıbəyov. [Gülyaz] ..ordlarını şişirdibzurnada ceyranı havası çalan çalğıçılarınqarşısında məharətlə oynardı. M.Hüseyn.◊ Zurna bağlamaq – dalca danışmaq, sözqoşmaq, böhtan atmaq. Zurna çalınmaqməc. – aləmə yayılmaq, söz-sov getmək, haqqındacürbəcür şayiələr yayılmaq. [Qaradonlu]bir-iki söz də səndən qopardacaq,onda görəcəksən ki, kəndin arasında zurnaçalınır. İ.Hüseynov. Zurna çalmaq məc. –1) vulq. boş, mənasız danışmaq, uzatmaq,baş-qulaq aparmaq; 2) şişirdərək aləmə yaymaq,şayiə yaymaq, aləmə car çəkmək. [PulluMəhərrəm:] Qardaş, bu nə zurnadı camaatçalır? Aşıq Ələsgər. [Hacı Murad:] Zurnaçalıb aləmə səs salmısınız ki, Hacı Muradınpulunu sandıqlar tutmur. S.S.Axundov. Zurnasısonraya qalıb – adətən pis nəticələnəcək,mənfi nəticələrə səbəb olacaq bir şeyhaqqında. Əlinə zurna vermək – yalan vədlərvermək. Zurnaya qoyub çalmaq – biabıreləmək, rüsvay eləmək, aləmə yaymaq.

Bir Cevap Yazın