zümzümə : is. [ər.] Ahəstə səslə, pəsdən,özü üçün oxuma, dodaqaltı oxuma. Eşitdimcavanların şirin zümzüməsini; Dinlədim layladeyən anaların səsini. Ə.Cəmil. Ötüşən quşlarınciviltili nəğməsi, büllur suların şirinzümzüməsi, sərin təranəsi [eşidilirdi]. M.Rzaquluzadə._ Zümzümə etmək (eləmək) –pəsdən, ahəstə səslə özü üçün oxumaq; dodaqaltıoxumaq. Kalvayı Qurban pəyəyə gedəndəgördü ki, Ələsgər camışın axurundaoturub, astadan zümzümə eləyir. “AşıqƏləsgər”. Baxış bəy zümzümə eləməyə başladı.Ə.Abasov. // məc. Nəğmə, təranə, tərənnüm(bəzən şairanə təşbehlərdə işlənir).Quşların zümzüməsi. Suların zümzüməsi.– Axşam sularının zümzüməsində; Bir yenidünyanın nəşidəsi var. S.Vurğun. Ağ samovarzümzümə eləyir, Müşkinaz .. həzin-həzinoxuyurdu. Ə.Vəliyev.

Bir Cevap Yazın