zülm : is. [ər.] Ədalət və insafa zidd olanhal və hərəkət, güclünün gücsüzə qarşı göstərdiyiamansız təzyiq, haqsızlıq, insafsızlıq,ədalətsizlik, cəfa. Ya zalım zülmdən əl çəkməlidir,ya da məzlum zülmə qatlanıb, özidrakının təsdiqi ilə zülmü dəf etməlidir.M.F.Axundzadə. // Özbaşınalıq və zorakılıqəsasında qurulan idarə üsulu; istibdad. Hökumətinzülmündən təngə gəlmiş xalq hökumətəqarşı yazılan bu rübainin təkrar edilməsinitələb etməyə başladı. M.S.Ordubadi. // Ümumiyyətlə,əziyyət, əzab, işgəncə. Tainki ayıqdır,həzər et ər dediyindən; Ər zülmü yamandır!M.Ə.Sabir. _ Zülm çəkmək – zülmə,haqsızlığa məruz qalmaq. Zülm etmək (eləmək)– amansızcasına sıxışdırmaq, incitmək,azadca yaşamağa və inkişaf etməyə qoyma-maq, istismar etmək, ədalətsizlik etmək, haqsızlıqetmək, cəfa etmək. ..Zülm eliyən, qantökən; Ya xan, ya sultan olar. (Bayatı). İkisibirləşib zülm edib mana; Şahid yox arada,qorxuram dana. Q.Zakir. Mən ki doymamışdımheç vüsalından; Mənə zülm elədi yamanayrılıq. N.Rəfibəyli. Zülm ərşə dayandı(çıxdı) – zülm, ədalətsizlik həddini aşdı.Zülm ilə, zülmlə – çox böyük əziyyətlə, çoxçətinliklə. Qurbani der: bu nə çərxi-fələkdir;Zülümlə ayırırlar yarı da məndən. Qurbani.

Bir Cevap Yazın