zühur : [ər.] Zahir olma, meydana çıxma,görünmə, çıxma. Günəşin zühuru. Ayın zühuru.– Hər zərreyi-zahirin zühuri; Bir özgəyəbağlıdır zəruri. Füzuli. [Soltanın] bunagahani zühuru Durnada heç bir təəccüb ..doğurmadı. İ.Əfəndiyev. _ Zühur etmək –meydana çıxmaq, zahir olmaq. Gecmi, tezmi,bilməm, əmma həqq edər bir gün zühur.M.Hadi. Veylabadda hər bir şey dəyişmişdi,çoxlu ocaqlar (pirlər) zühur etmişdi. Çəmənzəminli.İran ticarət bazarlarında zühur edənümumi düşmənə qarşı vahid cəbhə düzəldəbilmirlər. M.S.Ordubadi. Zühur olmaq – doğulmaq,meydana gəlmək. Necə ki sən zühuroldun anadan; Mən gülə bilmədim bu qəmxanadan.Molla Cümə. Zühura gəlmək –meydana çıxmaq. …Bizlərdə millət qurğularışəxsi qurğular şəklində zühura gəlir.C.Məmmədquluzadə. Zühura çıxmaq – üzəçıxmaq, meydana çıxmaq, zahir olmaq.

Bir Cevap Yazın