zövq : is. [ər.]

  • Hər hansı bir xoş təəssüratdanduyulan sevinc hissi, məmnunluqhissi; ləzzət, həzz, nəşə. Sən mükafatını insanlığaxidmətində ara; Əbədi zövq, təsəllinihəqiqətdə ara. A.Səhhət. Həm zövqüdür, həmcövrüdür ömrün, o, həyatın; İnsanı ucaldanda, qocaldan da məhəbbət. B.Vahabzadə.[Sultan:] Dünyada şad xəbərin intizarını çəkməkdənböyük zövq ola bilməz, qardaşoğlu.İ.Hüseynov. // Şəhvani ləzzət. [Sevil:] Sən[Balaş] hər gün bir dəqiqəlik zövqün üçüntuş gəldiyin hər bir qadına göz basırkən,kimsə sənə namussuz demirdi. C.Cabbarlı._ Zövq almaq – ləzzət almaq, həzz almaq,xoşlanmaq, nəşələnmək. Bu oxumaqdan heçbir zövq almadım. – [Solmaz:] Mən istərdimki, mənim gözəlliyimdən bütün dünya zövqalsın. C.Cabbarlı. Zərrə zövq almıram dəbdəbələrdən;Ömrü mahnılarla vururam başa.S.Rüstəm. Güzgü də zövq alır gözəlliyindən;Səni güzgüyə də qısqanıram mən. B.Vahabzadə.Zövq çəkmək – b a x zövq almaq.Zövq əhli – kefcil adam haqqında. Bülbülistər gülü, zövq əhli sevər cananı; Hər biraşiq sevir öz sevgili cananəsini. Vahid. Zövqvermək – ləzzət vermək, nəşə vermək, kefvermək. Bu musiqi bizə böyük zövq verdi.– Zövq verməz dəxi, eşq əhlinə şirin dəhənin.S.Ə.Şirvani. ..Bu gün [Ruxsarənin] öz ayağıilə gəlməsi Sübhanverdizadəyə hədsiz birzövq verdi. S.Rəhimov. Zövqə batmaq –bax zövq almaq. Zövqə dalmaq – zövqəqapılmaq, zövq içində olmaq. Şimdi Sənanyatıb da röyadə; Zövqə dalmış behişti-əladə.H.Cavid. Zövqə gəlmək – zövqlənməkəhvalı yaxşılaşmaq, kefi durulmaq. Zövqəyatmaq (yaratmaq) – xoşa gəlmək, bəyənilmək,estetik tələblərə cavab vermək. Zövqünüoxşamaq – b a x zövq vermək. Təbiətöz gözəlliyi və təravəti ilə insanlara təsiredir, zövqünü oxşayır
  • Gözəllik, hüsn. Mirzağa deyirdi: – Sənbilməyirsən, Cəmilə! Xəlvət bir guşəyə çəkilibikili yaşamağın başqa bir zövqü vardır.S.Hüseyn. Nə xoş gəlib bu qış, bu qar; Qışında başqa zövqü var. M.Dilbazi
  • Gözəlliyi, incəliyi hiss etmə, duyma,seçmə, başa düşmə qabiliyyəti; estetik duyğu.Zövq ilə geyinmək. Onun incə zövqü var.– Biləks, onda “Fərhad və Şirin” dastanınaqiymət qoya biləcək qədər bədii zövq yoxdur.M.S.Ordubadi. [Nadir bəy:] Məncə gözəllikzövqə aid bir şeydir. H.Cavid. _ Zövq ilə –incəliklə, incə duyğu ilə, estetik tələblərəuyğun surətdə. Burada hər şey zövq ilə sahmanolunmuşdu. H.Seyidbəyli
  • Meyil, həvəs, istək. Qulluq zamanı özfitri zövqümə görə, mütaliə və təhsilimdənqalmadım. M.F.Axundzadə. Eyni zamandasənin zövq və marağının əleyhinə olaraq,özünə sevgi elan edən adamları da cəzalandırmağahaqqın yoxdur. M.S.Ordubadi
  • Əyləncə, şadlıq, kef, səfa. Zövq içindəyaşamaq. O, bütün zövqümüzü pozdu. – Göysəmti açıldıqca könüllər də açıldı; Dünyaüzünə zövq, səfa endi, saçıldı. A.Səhhət.Çalın, oxuyun! Biz də uzaqdan zövqünüzdəiştirak edəriz. H.Cavid.
  • Bir Cevap Yazın